Əsas Səhifə > Şou-biznes > MƏLEYKƏ ƏSƏDOVA QIZINA QADAĞA QOYUB

MƏLEYKƏ ƏSƏDOVA QIZINA QADAĞA QOYUB


2-10-2013, 10:13
MƏLEYKƏ ƏSƏDOVA QIZINA QADAĞA QOYUB
Xalq artisti Məleykə Əsədova qızı Gülərə bir çox qadağalar qoyub.

Aktrisa Axşam.az saytına açıqlamasında övladından danışaraq, onu texnikadan uzaq tutmağa çalışdığını deyib:

“Qızımın sağlam böyüməsini istəyirəm. Buna görə də, o, bütün texnikadan uzaqdır. Gülərin mobil telefonu yoxdur. İstəsəm ən bahalı telefonu alaram. Evdə neçə kompüterimiz var, amma qızım ona yaxınlaşmır. Həftədə bir dəfə iPadlə oynamaq imkanı var. Həmin vaxtı isə ingilis dilində cizgi filmlərinə baxmağa sərf edir. Onun əlinə bu günə kimi pul dəyməyib. İngilis dilini mükəmməl bilir, xaricə gedəndə mənim üçün tərcüməçilik edir. İstəyirəm ki, Gülər fransız, ispan dillərini öyrənsin. Rus dilini gözəl bilir, amma mən onu Azərbaycan məktəbində oxuduram. Tarixi mükəmməl bilməsini arzulayıram”.

Bütün gününü qızına həsr edən aktrisa “Onun bu həyatda rəfiqəsi yalnız mən olacam. Heç kimlə dostluq etməsinə icazə verməyəcəm” - deyə əlavə edib.

Geri qayıt