Əsas Səhifə > Sosial, Manşet > BAKIDA POLİS POLİSİ DÖYÜB (ŞOK FOTOLAR)

BAKIDA POLİS POLİSİ DÖYÜB (ŞOK FOTOLAR)


19-01-2012, 12:09
BAKIDA POLİS POLİSİ DÖYÜB (ŞOK FOTOLAR)

YENİ İL AXŞAMI BİR NEÇƏ GƏNCİN BAYRAMLARI BURUNLARINDAN GƏLİB

DİA.AZ: - Redaksiyamıza Nizami rayon polis idarəsi 24-cü polis bölməsinin əməkdaşları tərəfindən döyüldüklərini iddia edən bir qrupun gəncin adından şikayət məktubu daxil olub.

DİA.AZ-ın elektron ünvanına ötürülən məktubda deyilir: “31 dekabr Yeni il şənliyini qeyd edib evə qayıdan bir neçə gənc, polis mayorunun qurbanlarına çevrilərək işgəncələrə məruz qalmışlar. Döyülənlərin adı Səfərov Ramil, Səfərov Ramin, Fərhad, Vüqar və Eldardır”.

Məktubda deyilir ki, Eldar adlı şəxs polis kapitanıdır: “Amma onu döyən polislər 24-cü bölmədə aydınlaşdırıblar ki, Eldar həqiqətən polis kapitanıdır. Mülki geyimdə olduğu üçün onu da yalnışlıqla döyüblər”.

Məktubda daha sonra bildirilir ki, 12 saat 24-cü polis bölməsində saxlandıqdan sonra döyülən gənclər evə buraxılıblar: “Buraxılmalarının nə faydası? Şəkillərdən də görəcəksiniz ki, polislər vəhşilik ediblər. Siz deyin, belə bir polis bizi qoruya bilərmi? Azərbaycan Respublikası qanunvericiliyində vətəndaşlara qarşı polis əməkdaşı tərəfindən işgəncələrə və zorakılığa məruz qalmaları barədə maddə varmı? Heç bir əsas olmadan övladlarına işgəncə verilən, şərəf ləyaqəti alçaldılan, qanunsuz olaraq hüquqları məhdudlaşdırılan, övladların anaları belə polis əməkdaşını bağışlaya bilərmi? Biz artıq Şir Bağırovun qurbanlarına çevrilərək, təsir, təqib və təzyiqlərə məruz qalmışıq”.

Daha sonra şikayətçilər bildirir ki, mayor Şir Bağırovun günahlarını ört-basdır etmək üçün döyülən şəxslərə övladlarımın üzünə yalandan durmaq üçün təzyiqlər olunur.

Mövzu diqqətimizdədir...


BAKIDA POLİS POLİSİ DÖYÜB (ŞOK FOTOLAR)
BAKIDA POLİS POLİSİ DÖYÜB (ŞOK FOTOLAR)
BAKIDA POLİS POLİSİ DÖYÜB (ŞOK FOTOLAR)

Geri qayıt