Əsas Səhifə > Siyasət, Manşet > SAMUXUN İCRA BAŞÇISININ BAŞI CƏNCƏLDƏDİR

SAMUXUN İCRA BAŞÇISININ BAŞI CƏNCƏLDƏDİR


1-10-2013, 12:10
SAMUXUN İCRA BAŞÇISININ BAŞI CƏNCƏLDƏDİR
ALI QOCAYEV HƏDƏFDƏN YAYINA BİLMƏYİB: ONUN HƏBSİ QƏRARI VERİLİR...

DİA.AZ: - Keçən günlərdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin adının hallandığı bəzi qalmaqallara diqqət yönəltmişdik. Bu xüsusda A.Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə göstərdiyi fəaliyyətin bəzi məqamları da müzakirəyə çıxarılmışdı. Bu xüsusda daha çox ictimai diqqəti cəlb edən məqamlardan biri icra başçısının özəl banklardan birinə olan 4 milyon manat kredir borcu ilə bağlı idi.

Bununla bağlı yayımlanan məlumatlarda bildirilirdi ki, Bakının Rəsulzadə qəsəbəsində yerləşən H.Əliyev adına parkda təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Binəqədi RİH-nin sabiq başçısı 4 milyon manat kredit götürüb. Lakin götürülən pullar sonradan məlum olmayan məqsədlərə xərclənib. Başlanan işlər yarımçıq qalsa da 4 milyon manatın hara xərclənməsinə dair dürüst hesabat təqdim olunmayıb.

DİA.AZ-a daxil olan məlumatlara görə, bununla bağlı Alı Qocayev hətta izahat verməli olub və o, sona qədər iddia edib ki, pulları məhz parkın təmiri üçün xərcləyib. Bununla belə, olayla bağlı yayılan sonrakı məlumatlar Alı Qocyaevə qarşı irəli sürülən ittihamların əslində həqiqət olduğunu üzə çıxarmışdı. Mənbələr bildirmişdi ki, həmin pullardan sorumlu tutulan Alı Qocayevə hətta vəsaitin geri qaytarılması üçün vaxt da verilib. Bundan az sonra isə Samuxdakı mənbələr xəbər vermişdilər ki, Alı Qacayev külli miqdarda borcunun olmasını hətta yerli məmurlara da etiraf edib.

Digər tərəfdən isə Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür. Bir müddət əvvəl kütləvi informasiya vasitələrində Samux rayonu Qiyaslı kənd orta məktəbinin pedaqoji heyətinin və kənd ziyalılarının kəskin etirazlarına dair materiallar dərc olunmuşdu. Bu etirazlar isə Alı Qocayevin Qiyaslı kənd orta məktəbinə Rzayeva Günay Sabir qızını direktor təyin etməsinə qarşı yönəlmişdi. Bildirilirdi ki, məktəbin ağsaqqal müəllimləri və kənd əhalisi G.Rzayevanın bu təyinatını uzun illər Qiyaslı kənd orta məktəbində əmək sərf etmiş müəllimlərə hörmətsizlik kimi qiymətləndirirlər. İcra başçısı isə ictimai rəyə son dərəcə etinasız münasibət nümayiş etdirərək, ehtirasların daha da qızışmasına yol açmışdı.

Bu xüsusda kütləvi informasiya vasitələrində bir müddət əvvəl yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, etirazlarını yazılı şəkildə Alı Qocayevə göndərmiş ağsaqqalların müraciətinə Samux RİH-nin rəhbərindən hələ də cavab yoxdur. Yəni, A.Qocayev Günay Rzayevanı üstüörtülü şəkildə himayə etməkdə davam edir. İddia olunurdu ki, RİH başçısı kimlər tərəfindənsə ona edilən sifariş nəticəsində məktəb direktoru təyin etdiyi xanımı vəzifədən azad etməklə, üzərinə götürdüyü öhdəliyi pozmaqdan ehtiyat edir. Bəzi mənbələr isə Alı Qocayevin məktəb direktoru qoyduğu G.Rzayevanın yaxın ətrafı ilə sıx münasibətdə olduğu və bu şəxslərin kapitalı ilə Samuxda yeniliklər etmək istəyi barədə xəbər vermişdilər.

Təbii ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev qalmaqalında da adının hallandırılması daxil olmaqla, bütün bu şübhəli vəziyyətlərdən hələ də “itkisiz” qurtara bilmək, heç də Alı Qocayevin təkbaşına öhdəsindən gələ biləcəyi məsələ deyil. Heç şübhəsiz bütün hallarda icra başçısının qudası, Milli Məclisin spikeri Oqtay Əsədovun himayəsi həlledici amil rolunu oynayıb. Mənbələr isə DİA.AZ-a açıqlamalarında bu himayənin Alı Qocayevin qarşısında hətta Bakı meri kürsüsünə aparan yolu aca biləcəyini iddia edirlər...Redaksiyamıza yeni daxil olan məlumatlara görə icra başçısının toxunulmazlığının sonu çatıb və Alı Qocayev seçkidən sonra həbs oluna bilər. Buna misal kimi elə bu yaxınlarda adı onunla birgə qalmaqallarda hallanan keçmiş prokuror Mirələkbər Seyidovun şərti işlə güclə canını qurtarmasını göstərmək olar. Mövzuya qayıdacağıq.

Geri qayıt