Əsas Səhifə > Sosial, Manşet > CAVİD QURBANOVLA ELDAR HƏSƏNOV BİRGƏ HƏDƏFDƏ

CAVİD QURBANOVLA ELDAR HƏSƏNOV BİRGƏ HƏDƏFDƏ


1-10-2013, 11:42
CAVİD QURBANOVLA ELDAR HƏSƏNOV BİRGƏ HƏDƏFDƏ
HƏR İKİ FİQURA QARŞI ÇOX CİDDİ DƏLİLLƏR ƏLDƏ EDİLİB: PROSES QIZIŞIR

DİA.AZ: - «Azəryolservis» ASC-nin prezidenti, millət vəkili Cavid Qurbanovla bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Xatırladaq ki, hazırda silah qaçaqmalçılığı ilə ittiham olunaraq həbsdə saxlanılan «Bizim Yol» qəzetinin əməkdaşı, «moderator.az» portalının direktoru Pərviz Həşimlinin işində də yerli mətbuat Cavid Qurbanovun adını hallandırıb, onu həbs olunan jurnalistin yaxın dostu və himayədarı kimi təqdim edib.

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, aparılan araşdırmalar zamanı Cavid Qurbanovun təkcə jurnalistə yox, həm də tanınmış ictimai-siyasi fiqurlardan birinə böyük həcmdə maliyyə yardımları etməsi faktı aşkarlanıb.

Mənbənin söylədikləri: «Hələlik bu adamın adı ictimailəşdirilmir. Amma Cavid Qurbanova qarşı ciddi dəlil hesab olunduğundan istifadə edilməsi qaçılmazdır. Eyni zamanda hazırda Azərbaycanı bəzi Şərqi Avropa ölkələrində səfir kimi təmsil edən keçmiş baş prokuror Eldar Həsənova qarşı da müəyyən faktlar toplanıb ki, hər iki istiqamət üzrə əldə edilən dəlillərin birləşdirilməsi gözlənilir».

Xatırladaq ki, buna qədər Eldar Həsənovun adı Azərbaycanda dövlət çevrilişinə cəhddə də hallandırılmışdı. İndi isə məlumatı verən mənbəmiz ehtimal edir ki, ola bilsin, hər iki fiqurla bağlı toplanan faktlar bir işdə birləşdirilsin və ümumi ittihamla həbslər həyata keçirilsin: «Hələlik bu barədə vahid qərar olmasa da, Cavid Qurbanovla Eldar Həsənovun eyni topun hədəfinə çevriləcəkləri şəkksizdir».

Geri qayıt