Əsas Səhifə > Siyasət, Manşet > SEÇKİDƏN SONRA AYAZ MÜTƏLLİBOVA DA VƏZİFƏ VERİLİR

SEÇKİDƏN SONRA AYAZ MÜTƏLLİBOVA DA VƏZİFƏ VERİLİR


1-10-2013, 10:06
SEÇKİDƏN SONRA AYAZ MÜTƏLLİBOVA DA VƏZİFƏ VERİLİR
KEÇMİŞ PREZİDENTİN ADAMLARI BU GÜN YAP-IN TƏBLİĞATINI APARIRLAR

DİA.AZ: - 20 illik həsrətin ardından Azərbaycana dönmə fürsəti əldə edən keçmiş prezident Ayaz Mütəllibov hələ Bakıya gəlməmişdən əvvəl yerli mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, ona kiçik dövləti vəzifə verərlərsə, bu hakimiyyətlə işləməyə hazrdır.

DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, müstəqil Azərbaycanın ilk prezidentinin bu istəyinə müsbət reaksiya verilib ki, bu da təsadüfi deyil. Söhbət bu gün Ayaz Mütəllibov tərəfdarlarının YAP iqtidarının lehinə kampaniya aparması fonunda keçmiş prezidentin mükafatlandırılmasından gedir.

Məlumatlı mənbənin redaksiyamıza bildirdiyinə görə, bu gün Ayaz Mütəllibovun adamları xüsusən Ağsu və Şamaxı rayonlarında YAP-la birgə təblibğatla məşğuldurlar. Mənbənin söylədikləri: «Təsadüfi deyil ki, keçmiş mütəllibovçular bu günlərdə istiqlalçı deputatların da adından bəyanat yayaraq hakimiyyəti müdafiə etdilər. Bütün bunlar Ayaz Mütəllibovun hakimiyyətə təşəkkürü kimi qiymətləndirilməlidir».

Mənbə iddia edir ki, buna cavab olaraq rəsmi Bakı da keçmiş prezidentə yeni vəzifə vəd edib: «Hələlik Ayaz Mütəllibov üçün bir neçə vəzifə təklifi var. Onlardan biri Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri, digəri isə Nazirlər Kabinetində orta səviyyəli bir vəzifədir. Bu təkliflərin isə prezident seçkilərindən sonra tərəflər arasında əldə edilən anlaşmanın ardından reallaşacağı mümkündür».

Mənbəmiz onu da əlavə edib ki, Ayaz Mütəllibov hazırda eks-prezidentlərə və onların ailələrinə qanunla nəzərdə tutulan bütün imtiyazlardan yararlanmaqdadır.

Geri qayıt