Əsas Səhifə > Dünya > BRAYZA KLİNTONA HESABAT VERİB

BRAYZA KLİNTONA HESABAT VERİB


18-01-2012, 18:10
BRAYZA KLİNTONA HESABAT VERİB

KEÇMİŞ SƏFİR AZƏRBAYCANLA BAĞLI DANIŞIB

Dövlət Katibi Hilari Klinton bu gün ABŞ səfiri Metyu Brayzanın Azərbaycanda son bir illik fəaliyyəti haqqında məruzəsini dinləyir.

Məlumatlı diplomatik mənbənin Turanın Vaşinqton müxbirinə verdiyi məlumata görə, dövlət katibi Azərbaycanda hazırki daxili siyasi vəziyyəti və onun inkişaf perspektivlərini müzakirə etmək istəyir.

Brayzanın özünə gəlincə, Senat onun təyinatını tamamilə rədd edənə qədər o, formal olaraq Azərbaycanda səfir olaraq qalacaq.

Yerli müşahidəçilər Brayzanın Klintonun yanına məruzəyə çağırılmasını onun fəaliyyətinə verilən yüksək qiymət və bu diplomata qarşı olan qayğı kimi qiymətləndirirlər və onun yaxşı və maraqlı işlə təmin olunacağını hesab edirlər.

Xatırladaq ki, Brayza iki senatorun namizədliyinə qarşı çıxması nəticəsində səfirlik işini davam etdirə bilmədi. Senatorların qarşı çıxmasına baxmayaraq, prezident Obamanın qərarı ilə Brayza bir il ərzində səfir vəzifəsində çalışıb.


Geri qayıt