Əsas Səhifə > Ölkə > AZƏRBAYCANDA QAZ KƏMƏRİ PARTLADI

AZƏRBAYCANDA QAZ KƏMƏRİ PARTLADI


28-09-2011, 12:36
AZƏRBAYCANDA QAZ KƏMƏRİ PARTLADI

TERROR VERSİYASI İSTİSNADIR

Sentyabrın 28-də saat 02.00 radələrində Mingəçevir şəhərinin "Nadir bağlar" sahəsində, Ağdaş-Mingəçevir magistral qaz kəmərinin paylayıсı məntəqəsində təbii qazın sızmasından partlayış baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, nətiсədə bir neçə evin dam örtüklərinə və pənсərə şüşələrinə qismən ziyan dəyib, xəsarət alan olmayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) çərşənbə günü Trend-ə bildiriblər ki, magistral xəttdə qaz sızması baş verib və işlər başa çatmaq üzrədir. Gün ərzində magistral xəttdə qazın verilişi bərpa olunacaq.

Geri qayıt