Əsas Səhifə > Cəmiyyət, Manşet > ARDNŞ PREZİDENTİ RƏSUL QULİYEVLƏ QONŞU OLDU

ARDNŞ PREZİDENTİ RƏSUL QULİYEVLƏ QONŞU OLDU


30-09-2013, 15:15
ARDNŞ PREZİDENTİ RƏSUL QULİYEVLƏ QONŞU OLDU
RÖVNƏQ ABDULLAYEVDƏN BAHALI ALIŞ-VERİŞ

DİA.AZ: - Hər zaman bahalı alış-verişləri ilə diqqətə gələn Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yenə də gündəmdədir. DİA.AZ-ın ARDNŞ-dəki mənbələrdən aldığı xəbərə görə, Rövnəq Abdullayev bu günlərdə Mayamidə qiyməti 17 milyon dollara olan villanı satın alıb.

Bildirək ki, Rövnəq Abdullayevin yeni aldığı villanın «Miami Beach» deyilən ərazidə yerləşdiyi söylənilir. Villanın təxminən 1 hektra yaxın ərazisi var: «Villa ilə bağlı əvvəllər «Hollivud»un tanınmış simaları da maraqlanıb. Amma «qismət» Rövnəq Abdullayevin tərəfində imiş».

Məlumatlara görə, ARDNŞ prezidenti ilə yanaşı fövqəladə hallar na-ziri Kəmaləddin Heydərovun, həmçinin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlunun da həmin ərazidə villaları var.

Onu da qeyd edək ki, bu ərazidə keçmiş spiker Rəsul Quliyev də məskunlaşıb. Onun villasının qiyməti təxminən 4-5 milyon dollar arası ölçülür.

Geri qayıt