Əsas Səhifə > Ölkə, Manşet > ARTUR RƏSİZADƏNİ ZİYA MƏMMƏDOV ƏVƏZLƏYƏCƏK

ARTUR RƏSİZADƏNİ ZİYA MƏMMƏDOV ƏVƏZLƏYƏCƏK


30-09-2013, 15:15
ARTUR RƏSİZADƏNİ ZİYA MƏMMƏDOV ƏVƏZLƏYƏCƏK
SEÇKİDƏN SONRAKI HEYƏT BƏLLİLƏŞİR

DİA.AZ: - Uzun müddət dövrü mətbuatda Artur Rəsizadənin gedəcəyi ilə bağlı məlumatlar ayılsa da, sonradan bu istiqamətdə səngimə müşahidə olundu. Sanki hamıda belə bir təəssürat yarandı ki, Artur Rəsizadə toxunulmazdır və Azərbaycanın baş nazir postu əbədiyyən bu adamın boyuna biçilib.

Amma Artur Rəsizadənin də bir eniş günü var. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaq informasiya ötürüb. Məluümatı verən mənbə iddia edir ki, artıq Artur Rəsizadənin gedəcəyilə bağlı məsələlər də dəqiqləşib: «Dəqiqləşib dedikdə, burada əsas olaraq baş nazir postuna növbəti etapa kimin gətiriləcəyi əsas olanıdır. Artur Rəsizadənin yerinə bir çox iddialılar olsa da, bu vəzifəfəyə nəqliyyat naziri Ziya Məmmədov daha yaxın görünür, daha şanslı hesab olunur».

Mənbəmizin sözlərinə görə, Artur Rəsizadənin yerinə Ziya Məmmədovun gətirilməsilə hakimiyyət içindəki balans da dəyişmiş olacaq: «NN şefi postuna isə bu gün mövqeləri kifayət qədər zəifləmiş durumda olan «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanov gətirilməli idi. Bu məsələnin aktual olub-olmadığı proseslərin inkişaf axarından bəlli olacaq».

Geri qayıt