Əsas Səhifə > Hadisə > POLİS SÜRÜCÜLƏRİN TOPLAŞMASINA İMKAN VERMƏYİB

POLİS SÜRÜCÜLƏRİN TOPLAŞMASINA İMKAN VERMƏYİB


18-01-2012, 16:38
POLİS SÜRÜCÜLƏRİN TOPLAŞMASINA İMKAN VERMƏYİB

NN CİDDİ ŞƏKİLDƏ QORUNUR

Yanvarın 18-də polis narazı taksi sürücülərinin Nəqliyyat Nazirliyinin binası qarşısında toplaşmasına imkan verməyib.

“Media forum” saytı xəbər verir ki, günorta saatlarında bir qrup sürücü (təxminən 20-30 nəfər) Nəqliyyat Nazirliyinin qarşısına gəlib. Ancaq polislər onlardan dağılışmağı xahiş ediblər. Az sonra sürücülər nazirliyin binası ətrafından uzaqlaşıb, daha sonra isə dağılışıblar. Heç bir insident baş verməyib.

Sürücülər tələblərində qaldıqlarını, köhnə avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulmuş qadağanın götürülməsini istədiklərini, qadağa götürülməsə, etirazları davam etdirəcəklərini söyləyiblər.

Yanvarın 16-da və 17-də taksi sürücüləri Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Nazirliyin sözçüsü Namiq Həsənov yanvarın 17-də “Media forum” saytına bildirib ki, nazirliyinin mövqeyi dəyişməz olaraq qalır, lisenziyasız fəaliyyət göstərən taksi sürücülərinə qarşı mübarizə davam etdiriləcək, keçmiş sovet istehsalı olan köhnə avtomobillər, lisenziyasız fəaliyyət göstərən taksilər dövriyyədən yığışdırılacaq.


Geri qayıt