Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DAHA BİR BANK BAĞLANA BİLƏR: DEPUTAT HƏDƏFDƏ...

DAHA BİR BANK BAĞLANA BİLƏR: DEPUTAT HƏDƏFDƏ...


30-09-2013, 09:14
DAHA BİR BANK BAĞLANA BİLƏR: DEPUTAT HƏDƏFDƏ...
Milli Məclisin sahibkarlıq fəaliyyəti ilə məşğul olan, haqqında media orqanlarında daim qalmaqallı məlumatlar gedən deputatlarından biri də Qazax rayonundan millət vəkili seçilən Əhməd Vəliyevdir. O Əhməd Vəliyev ki, sahibi olduğu əmlakın siyahısını sadalamaqla bitməz. Odlar Yurdu Universitetinin rektoru qısa zaman ərzində bir sərvət dəyərində olan var-dövlətə sahib çıxmağı bacarıb. Buna misal olaraq göstərə bilərik ki, «Muğanbank», «Oksigen» klinikası, « Jalə Plaza» ona məxsusdur.

Əlində olan maliyyə imkanlarına və mandatına arxalanan deputat bəzi hallarda kasıb, acınacaqlı durumda yaşayan insanların hüquqlarını pozur, onlara yuxarıdan aşağı baxır. Qəzetimizin ötən saylarında yazmışdıq ki, deputatın nəzarətində olan müəssisələrin bir çoxunda qanunsuzluq baş alıb gedir, vətəndaşlar bu və ya digər formada süründürməçiliyə məruz qalırlar. Məsələn götürək elə «Oksigen» klinikasını. Səhiyyə ocağınının rektor-deputata məxsus olması heç kimə sirr deyil. Mətbuatda gedən informasiyalardan da məlum olduğu kimi, klinikada vətəndaşlara normal tibbi xidmətlət göstərilmir, hətta bir çox hallarda burda çalışan bəzi savadsız həkimlər onların həyatını risk altında qoyurlar. Dəfələrlə klinikanın bəzi həkimləri xəstələri yanlış əməliyyat ediblər. Lakin yaranan problemlərə baxmayaraq, aidiyyəti dövlət orqanları tərəfindən «Oksigen» klinikasının rəhbərliyi barədə qanuni tədbirlər görülmür.
DAHA BİR BANK BAĞLANA BİLƏR: DEPUTAT HƏDƏFDƏ...

Fikrimizi bir az da konkret bildirsək, Əhməd Vəliyev nəzarətində olan səhiyyə qurumuna kənar müdaxilələrin edilməsinə imkan vermir. Bundan başqa, Odlar Yurdu Universitetində də bir sıra nöqsanlar mövcuddur. Universitetdə təhsil alan tələbələrin yetərli bir hissəsi imtahanlar zamanı məcburiyyət qarşısında qalaraq müəllimlərə nəysə verirlər. Əgər onlar bu nəysəni verməsələr, imtahanları müvəffəqiyyətlə başa vura bilməzlər. Yayılan məlumatlarda qeyd olunur ki, hər il Odlar Yurdu Universitetinə testdən kənar yollarla bir neçə tələbə qəbul edilir ki, bu da qanunla yolverilməz haldır və cinayət xarakteri daşıyır. Yəni rektor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mövcud qanunvericiliyin əksinə gedir. Çox ciddi qanun pozuntularının üzə çıxdığı ali təhsil müəssisəsində isə nadir hallarda əlaqədar qurumlar tərəfindən yoxlama aparılır. Əhməd Vəliyev deputat mandatından istifadə edərək universitetdəki problemlərin ictimailəşməsinə imkan vermir. Sözsüz ki, bütün bunlar təhsil ocağını uçuruma aparan amillərdir. Deputatın nəzarəti altında olan «Muğanbank»da işlər qaydasında getmir. Ölkənin bank sistemindəki mövcud vəziyyəti nəzərə alsaq, bu sahədə yaranan qüsurların bir çoxu «Muğanbank»ın adı ilə bağlıdır. Bu günə qədər yüzlərlə vətəndaş bankın yüksək faiz dərəcələrinin əlində aciz qalıblar. Ən yüksək faizlə kredit verən bank rəsmiləri bu yolla müştərilərini bir növ özlərindən asılı vəziyyətə salırlar. Hansısa vətəndaş bir-iki gün kredit borcunun ödənişində gecikməyə yol verəndə isə dərhal onun evinə qolu zorlu şəxslər göndərilir. Həmin şəxslər vətəndaşlara təzyiq göstərərək pulu tələb edirlər.
DAHA BİR BANK BAĞLANA BİLƏR: DEPUTAT HƏDƏFDƏ...

Əlbəttə, bu, dünyanın heç bir ölkəsində tətbiq edilməyən bir haldır. Bizim bildiyimizə görə, Almaniyada hər hansı banka borcu olan vətəndaş bunu ödəyə bilməyəndə bank rəhbərliyi ona bəzi təkliflər edir. Məsələn, həmin vətəndaşı ya münasib işlə təmin edir, ya da ona borcunu ödəmək üçün əlavə vaxt verir. Yəni «Muğanbank» rəhbərliyinin etdiyi kimi etmirlər. Bankda hökm sürən özbaşına vəziyyət isə birbaşa deputatın adı ilə bağlıdır. Belə ki, bankın müşahidə şurasının sədri, Əhməd Vəliyevin kürəkəni Elmir Mehtiyev qayınatasına arxayın olaraq qanunsuz işlərin cərəyan etməsinə zəmin yaradır. Dünən etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Mərkəzi Bank (MB) rəhbərliyi ilə «Muğanbank»ın müşahidə şurasının sədri arasında qalmaqal yaranıb. Mənbənin sözlərinə görə, bəzi məsələlərdə anlaşmayan Mərkəzi Bank rəhbərliyi «Muğanbank»ın lisenziyasını ləğv etmək istəyir. Hətta deyilənə görə, bununla bağlı banka xəbərdarlıq da edilib. Mənbə deyir ki, deputat hələ ki, məsələyə qarışmayıb: «Amma qarışsa da, bir xeyri olan deyil. Çünki Mərkəzi Bank rəhbərliyi ASC-nin lisenziyasını ləğv etməkdə israrlıdır».

Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

Geri qayıt