Əsas Səhifə > Dünya > CON KERRİDƏN İRANLA BAĞLI MÜJDƏ

CON KERRİDƏN İRANLA BAĞLI MÜJDƏ


30-09-2013, 09:03
CON KERRİDƏN İRANLA BAĞLI MÜJDƏ
Əgər Tehran əməkdaşlığa getsə və təftiş üçün öz nüvə proqramının obyektlərini açsa İrana qarşı sanksiyaların götürülməsi barədə qərar bir neçə ay ərzində qəbul oluna bilər. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri CBS telekanalının "60 dəqiqə" proqramına müsahibəsində bildirib.
"Ehtimal var ki, bu razılıq daha tez əldə olunacaq və hər şey ondan asılıdır ki, İran nə dərəcədə onun hazırlanmasında açıq şəkildə yanaşmağa hazırdır", - Kerri deyib.
"Əgər bu sülh proqramıdırsa və biz hamımız buna əmin ola bilərik, onda qısa müddət ərzində İranla münasibətlər köklü şəkildə yaxşılığa doğru dəyişə bilər," - Kerri prezident Həsən Ruhaninin bəyanatını şərh edərkən əlavə edib.
Dövlət katibi suala cavab verərək bildirdi ki, Tehranın sülh proqramı üçün lazım olan səviyyədən artıq uranı zənginləşdirməkdən könüllü surətdə imtina etməsi, bütün obyektlərə çıxışının açılması, o cümlədən yeraltı və Fordo da yerləşən hərbi kompleksin, inspeksiyadan keçirilməsi haqqında əlavə protokolun imzalanması münasibətlər üçün əsas olacaq.
İran prezidenti Həsən Ruhani keçən cümə günü Nyu-Yorkda olarkən bildirib ki, İranın nüvə proqramı ətrafında problemi qısa müddətdə həll etməyə ümid edir.

Xüsusilə, dövr üç aydan altı aya qədər adlanırdı.
İranın nüvə proqramının xarakteri barədə narahatlığı aradan qaldırmaq məqsədilə "altılıq" (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya) onunla danışıqlar aparır.
ABŞ, bir sıra digər Qərb ölkələri və İsrail İrandan dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahı hazırlamaqda şübhələnilir. Tehran bəyan edib ki, yalnız sülh məqsədləri güdür.

Geri qayıt