Əsas Səhifə > Gündəm, Manşet > SALYANDA PREZİDENTƏ SÖYLƏNƏN YALAN

SALYANDA PREZİDENTƏ SÖYLƏNƏN YALAN


30-09-2013, 09:00
SALYANDA PREZİDENTƏ SÖYLƏNƏN YALAN
BU «ŞİRİN YALAN»LAR ƏSLİ NDƏ KORRUPSİYANI ÖRT-BASDIR ETMƏK ÜÇÜNDÜR

DİA.AZ: - Artıq icra başçılarının hətta cəsarətlənib dövlət başçısına belə saxta hesabat vermələri, yalan danışmaları bir ənənə halını alıb - desək, yanılmarıq. Bunlar içində ən unikal olanı zamanında hazırda İmişliyə başçılıq edən Vilyam Hacıyevlə bağlı idi. Belə ki, Vilyam Hacıyev Samuxa rəhbərlik etdiyi zaman rayona səfər edən dövlət başçısına Samuxda hər kəsin çayxana kimi tanıdığı obyekti və həm də konkret vətəndaşa məxsus olan obyekti «Şahmat Evi» kimi təqdim edərək, onun lentini kəsdirmişdi.

Deyəsən, bu istiqamətdəki cəzasızlıqlar məmurları da həvəsləndirib. DİA.AZ bildirir ki, elə 22 iyul tarixində - Milli Mətbuat Günündə açılışı edilən juranlistlərin binasının bu gün də qapılarının bağlı qalması və digər bu kimi faktlar geniş vüsət almaqdadır.

Redaksiyamıza Salyan rayonundan daxil olan informasiyada isə qeyd olunur ki, rayonun başçısı Tahir Kərimov da prezidentin səfəri ərəfəsində kiçik bir yalan danışıb. Mənbənin DİA.AZ-a söylədikləri:

«Prezident Salyanda olarkən icra hakimiyyətinin binasının da açılışını etdi. Halbuki bu binada tamamlama işləri alayarımçıq həyata keçirildi və indi bina yenidən təmirə dayanıb. Hətta binanıün qarşısına düzülən və yalnız prezidentin gəlişinə hesablanmış tamet döşəmələr yenidən sökülür və təkrar olaraq vurulur. Bu isə onun göstəricisidir ki, məmurlar onlara tapşırılan işi çatdırmayandan «kosmetik müdaxilə» ilə istənilən görüntünü yarada bilirlər».

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq…

SALYANDA PREZİDENTƏ SÖYLƏNƏN YALAN

Geri qayıt