Əsas Səhifə > Partiya > "EL"DƏN AXCP VƏ MÜSAVATA İTTİHAM

"EL"DƏN AXCP VƏ MÜSAVATA İTTİHAM


28-09-2013, 13:23
"EL"DƏN AXCP VƏ MÜSAVATA İTTİHAM
Cəmil Həsənli Milli Şuranın namizədindən millətin namizədinə çevrilməlidir. Ona görə də yaxşı olardı ki, mitinqdə başqa partiya liderləri danışmaqdansa Cəmil bəy özü çıxış etsin, öz fikirlərini seçicilərə çatdırsın.

Bu açıqlamanı Avropa.info-ya EL Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev verib.

Xatırladaq ki, Milli Şuranın sentyabrın 22-də keçirilən mitinqində əsasən AXCP və Müsavat Partiyasının liderləri çıxış etmişdilər. Bu gün keçriləcək mitinqdə isə EL Hərəkatının üzvlərinə çıxış üçün söz verilməyib.

Eldəniz Quliyev bildirdi ki, bunun səbəblərini AXCP-nin və Müsavat Partiyasının rəhbərliyinə ünvanlamaq lazımdır: "AXCP və Müsavat Cəmil Həsənlinin millətin namizədinə çevrilməsinə, yəni transformasiya məsələsinə köməklik etməlidirlər. Mitinqdə partiya rəhbərləri danışmamalıdır. Biz istəyirik ki,Cəmil Həsənli özü çıxış etsin və baş rolda olsun. Başqa ziyalılar da belə fikirləşirlər".

Eldəniz Quliyev Milli Şuranın bu gün saat 16.00-da keçiriləcək mitinqində özünün çıxış etməyəcəyini dedi.

Geri qayıt