Əsas Səhifə > Ölkə > QARABAĞDA SAVAŞA QADAĞA

QARABAĞDA SAVAŞA QADAĞA


28-09-2011, 12:32
QARABAĞDA SAVAŞA QADAĞA

“MÜNAQİŞƏNİN HƏRB YOLU İLƏ HƏLLİ MÜMKÜN DEYİL”

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə dair bəyanatlar indi əvvəlki kimi tez-tez səslənmir. Bu, çox pozitiv haldır”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza verib.

Səfir qeyd edib ki, bu münaqişənin hərbi yolla həlli mümkün deyil və tərəflərin münaqişənin nizamlanmasının baza prinsiplərinə dair danışıqları yekunlaşdırması vacibdir.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil. Dağlıq Qarabağ münaqişəsinin hərbi yollu ilə həllinə dair bəyanatlar indi əvvəlki kimi tez-tez səslənmir. Bu, pozitiv inkişaf, pozitiv haldır. Deyə bilərəm ki, Azərbaycan münaqişənin hərbi güc tətbiq etmədən, sülh yolu ilə həllinə çox bağlıdır. Baza prinsiplərini razılaşdırmaq prosesini yekunlaşdırmaq lazımdır. Bu, mümkün olmayan məsələ deyil. Tərəflər arasında fikir ayrılığına səbəb olan məsələlər həlli mümkün məsələlərdir. Bir daha təkrar edirəm ki, münaqişənin hərbi yolla həlli mümkün deyil”.

Geri qayıt