Əsas Səhifə > Siyasət, Manşet > ORDUYA YARDIM ADI ALTINDA QAZANILAN BÖYÜK SƏRVƏT

ORDUYA YARDIM ADI ALTINDA QAZANILAN BÖYÜK SƏRVƏT


28-09-2013, 12:24
ORDUYA YARDIM ADI ALTINDA QAZANILAN BÖYÜK SƏRVƏT
SABİRABAD SAKİNLƏRİ İCRA BAŞÇISININ MÜAVİNİNDƏN ŞİKAYƏT EDİRLƏR

DİA.AZ: - Sabirabad rayonundan redaksiyamıza şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar DİA.AZ-a yazırlar ki, rayonda rəsmən özbaşınalıqdır. Sakinlər bildirir:

«Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bu gün Müdafiə Fonduna yardım edilməsi işini əməlli-başlı biznesinə çevirib. Bu həm dövlətə və həm də millətə xəyanətdir. Gərək necə insan olasan ki, ordu üçün, dövlətimizin müdafiəsi üçün yığılan pullarla bu cür rəftar edəsən».

Sakinlərin DİA.AZ-a yazdıqlarına görə, rayonda bütün büdcə təşkilatlarında çalışanların əməkhaqqılarından 1-5 faiz arasında məbləğ Müdafiə Fonduna görə tutulur: «Biz bundan narahat deyilik. Amma yardım etmək könüllülük işidir. Bu, könüllü şəkildə həyata keçirilməlidir. Lakin pultutma məcburidir ki, bu da şübhələri artırır.

Şübhələri artıran bir məqam da həmin pulların müqabilində kiməsə qəbzin verilməməsidir. Bu işə isə Həsən Həsənov rəhbərlik edir. O, bununla özünə əməlli-başlı sərvət də toplayıb. Öüzünüz təsəvvür edin, Sabirabad kimi rayonun bütün büdcə təşkilatı çalışanlarının əməkhaqqılarının 1-5 faizi arasındakı məbləğ Həsən Həsənova hansı imkanları qazandırır?»

Maraqlıdır ki, Həsən Həsənovun bununla bağlı etirazlara cavab olaraq «b, xüsusi tapşırıqdır» dediyi də söylənilir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt