Əsas Səhifə > Ölkə > PREZİDENT ADMİNİSTRASİYASINDAN JURNALİSTLƏRƏ TƏZYİQ

PREZİDENT ADMİNİSTRASİYASINDAN JURNALİSTLƏRƏ TƏZYİQ


18-01-2012, 15:10
PREZİDENT ADMİNİSTRASİYASINDAN JURNALİSTLƏRƏ TƏZYİQ

PA-NIN BİNASININI ŞƏKMƏK YASAQ İMİŞ

Turan agentliyinin fotoreportyoru və “Obyektiv TV”nin videooperatoru Etimad Budaqovla Rəşad Əliyev bu gün peşə fəaliyyətlərini yerinə yetirərkən saxlanılıblar. Hadisə saat 12.00-a yaxın “Gen” və “Kamran” tikinti şirkətlərinin aldatdığı əmanətçilərin etiraz aksiyası zamanı baş verib.

Jurnalistləri Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları saxlayıblar. Onlar bunun səbəbini administrasiya binasının “strateji obyekt olması və çəkilişin qadağan edilməsi” ilə izah ediblər.

Mühafizə əməkdaşları onların kamerasını əllərindən alıb və bütün kadrları siliblər. Bundan sonra kameranı jurnalistlərə qaytararaq onları azad ediblər. Reportyorları bundan əvvəl də dəfələrlə müxtəlif bəhanələrlə saxlayıblar. Lakin müstəqil hüquqşünaslar bildirirlər ki, strateji obyekt adı ilə administrasiya binasının fotosunun çəkilməsinə mane olmaq qanuna ziddir.


Geri qayıt