Əsas Səhifə > Güney Press, Reklam > "BAKCELL" DİLER ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR

"BAKCELL" DİLER ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR


27-09-2013, 16:48
"BAKCELL" DİLER ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR
"WENTTO TELECOM" 3-CÜ DÜKANINI AÇDI

Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti diler şəbəkəsini genişləndirməkdə davam edir.

“Bakcell”in yeni dileri olan “Wentto Telecom” sayca üçüncü diler dükanını müştərilərin istifadəsinə verib.

Bakıda Hüseyn Cavid prospekti “B” 556/557 ünvanında yerləşən üçüncü mağaza “Cin”, “Klass” və “Gold” abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək. Burada yeni telefon modelləri, aksesuarlar və digər texniki yeniliklər əldə etməklə yanaşı, müştərilər “touch screen” monitorda istədikləri nömrənin axtarışını verə biləcəklər. Beləliklə, rahatlıqla mövcud nömrələri axtarmaq və qiymətini öyrənmək olacaq.

Gənc “Bakcell” abunəçiləri üçün xüsusi kampaniya keçirməyi planlaşdırılır. Belə ki, bu gündən başlayaraq tələbələr yalnız tələbə bileti və şəxsiyyət vəsiqəsi ilə ilkin ödənişsiz, uzunmüddətli kreditlə arzu etdikləri məhsulları əldə edə biləcəklər.

Geri qayıt