Əsas Səhifə > Ölkə, Manşet > SƏBAİLİN BAŞÇISINI ERMƏNİLƏRƏ CALAYAN İNCƏ TEL
SƏBAİLİN BAŞÇISINI ERMƏNİLƏRƏ CALAYAN İNCƏ TEL27-09-2013, 15:28 |
ASİF ƏSGƏROVA QARŞI DAHA BİR İTTİHAM DİA.AZ: - Bakının Səbail rayonunda baş verənləri səthi müşahidə etmək kifayət edir ki, məsələdən hali olasan... Yəni icra başçısı Asif Əsgərovun qurmağa çalışdığı dağıdıcı imperiyanın məziyyətlərini anlayasan. Hər halda birbaşa olaraq başçının cib maraqlarına hesablanmış bu prinsiplər neçə-neçə vətəndeaşı evsiz qoyub.... bunu hesablamaq üçün gərək ki, statistika komitsəində və yaxud da hesablama palatasında çalışasan. Kəsəsi, bu gün Bakının mərkəzi rayonu hesab olunan Səbaildə durum heç də ürəkaçan deyil... . Əslində rayon rəhbərliyinin işgüzar fəaliyyətdə olmadığını söyləmək də həqiqətə uyğun olmazdı. Sadəcə bu işgüzarlıq daha çox cəmiyyətdə “işbazlıq” ifadəsi ilə təqdim olunan fəaliyyətə uyğun gəlir. Xatırlayırsınızsa hələ bir müddət əvvəl ölkə mətbuatında Səbail RİH-nin başçısı Asif Əsgərov tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlara qarşı yolverilməz təzyiq üsullarından istifadə edildiyinə dair materiallar da dərc olunmuşdu. Həmin materiallarda RİH rəhbərliyinin sahibkarlara göndərdiyi rüsvayçı məzmunlu məktubun mətni də təqdim edilərək, icra başçısının birbaşa ölkə rəhbərliyi tərəfindən aparılan daxili siyasətə zidd mövqeylərdən çıxış etdiyi iddia olunurdu. Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik və bir çox digər ciddi qanun pozuntuları barədə rayon sakinlərinin şikayət məktubları yeni tənqidi materiallara əsas verirlər. DİA.AZ-a daxil olan məlumatlarda belə bir maraqlı açıqlama da verilir ki, əgər Səbail rayonu İcra Hakimiyyəti öz fəaliyyətində hansısa bir sahədə şəhərin digər rayonları arasında birinciliyə iddialıdırsa, bu yalnız alınan rüşvətlərin böyük məbləği, qeyri-qanuni sərəncamların operativ verilməsində ola bilər. Qeyd edək ki, Asif Əsgərov bu vəzifəyə gəlməzdən öncə Zaqatala RİH-nə rəhbərlik edirdi. Təəssüflər olsun ki, Asif müəllimin hələ Zaqatalada öz işində yol verdiyi ciddi nöqsanlar belə onun növbəti karyera yüksəlişinə mane olmadı. Məlumatlı mənbələr isə bildirirlər ki, məhz Zaqatala RİH-nə rəhbərlik etdiyi dövrdə Asif Əsgərov şəxsi sərvətini artırmaq istiqamətində “əhəmiyyətli” addımlar atmışdır. Belə ki, rayonun inkişaf etdirilməsi məqsədilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi sayəsində A.Əsgərov qonşu Gürcüstanda bir sıra iri kommersiya obyektlərinə sahib olmuşdur. Mənbələr nümunə kimi Qardobani rayonu ərazisində yerləşən taxta emalı zavodunu, yanacaq doldurma məntəqəsini, bazarı və ən əsası da kommersiya banklarından birinin filialını göstərirlər. Yeri gəlmişkən məlumatlarda A.Əsgərovu bu obyektləri məhz Azərbaycanın hüdudlarından kənarda almağa sövq edən bəzi səbəblərə də toxunulur. Bu xüsusda bildirilir ki, Qardobanidə yerləşən taxta emalı zavodunun məhsullarının əsas idxalçısı ermənistandandır. Təbii ki, iqtisadi blokada şəraitində yaşayan ermənistandan kifayət qədər cəlbedici şərtlər təklif oluna bilər. Digər tərəfdən isə az müddət əvvəl ölkə mətbuatında Asif Əsgərovu ermənilərlə qohumluq əlaqələrində ittiham edən məlumatların dərci, icra başçısının ticari prioritetləri fonunda daha anlaşılan formalar ala bilər... Geri qayıt |