Əsas Səhifə > Ölkə, Manşet > HEYDƏR BABAYEV RUSİYADA BİZNESİNİ YENİDƏN QURUR

HEYDƏR BABAYEV RUSİYADA BİZNESİNİ YENİDƏN QURUR


27-09-2013, 14:45
HEYDƏR BABAYEV RUSİYADA BİZNESİNİ YENİDƏN QURUR
KEÇMİŞ İİN ŞEFİ HİPERMARKET AÇIR

DİA.AZ: - Azərbaycanın ayrı-ayrı oliqarx-məmurlarının xarici ölkələrə kapital yatırması barədə hər zaman ölkə mətbuatının diqqət mərkəzində olub. Qeyd edək ki, bu əsnada daha çox diqqətə gələni oliqarxlarımızın Türkiyəyə maraq göstərməsi faktıdır. Elə rəsmi Ankaranın müvafiq dövlət qurumlarının da açıqlamalarında qeyd olunur ki, Azərbaycandan olan sahibkarları daha çox Türkiyənin biznes mühiti cəlb edir.

Amma eyni zamanda Azərbaycandan olan iş adamları Rusiyada da böyük kapital sahibidirlər. Doğrudur, son zamanlar Putinin Cənubi Qafqaz kapitalına qarşı sərt çıxması və nəticədə onlarla iş adamımızın Rusiyada üz çevirmək zorunda qaldığı da bir faktdır. Lakin buna rəğmən, hələ də Rusiya bazarı Azərbaycandan olan sahibkarlar üçün əlverişli və cəlbeidici məkan ünvanını qoruyub saxlamaqdadır.

Elə deyəsən, Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev də bu səbəbdən Rusiya paytaxtında yeni iş mərkəzinin yaradılması fikrinə düşüb. Bu barədə «Dünya» İnformasiya agentliyi redaksiyasını (dia-az.life) bilgiləndirən hökumət içindəki qaynağın söylədiklərindən belə aydın olur ki, sabiq İİN şefi Moskvada Hipermarket və eyni zamanda iş mərkəzi açmaq niyyətindədir:

«Heydər Babayev bu məqsədlə Moskva vilayətinin Vladimir şəhərində 18 mərtəbəli bina inşa etdirir. Doğrudur, ilk əvvəl bu bina Özbəkistandan olan milyonçulardan birinə məxsus idi. Amma sonradan həmin özbək iş adamı inşaat işlərini yarımçıq saxladı».

Mənbə bildirir ki, özbək iş adamından yarımçıq tikilini ərazisi qarışıq 10 milyon ABŞ dollarına satın alan Heydər Babayev öz niyyətini gerçəkləşdirə bilməsi üçün hətta rəsmi Moskva ilə də anlaşıb. Onu da bildirək ki, Heydər Babayevin Rusiya iqtidarı ilə sıcaq əlaqələri var və zamanında Heydər Babayev Rusiyanın iqtisadi çevrələrində böyük nüfuz sahibi olub və mərhum prezident Heydər Əliyev onu Azərbaycana işləməyə dəvət edərək, vətənə qaytarıb..

Geri qayıt