Əsas Səhifə > Partiya > CƏMİL HƏSƏNLİ DEYİR Kİ, QORXMUR...

CƏMİL HƏSƏNLİ DEYİR Kİ, QORXMUR...


27-09-2013, 12:43
CƏMİL HƏSƏNLİ DEYİR Kİ, QORXMUR...
"QORXSAYDIM, BELƏ ŞEYLƏRİ DANIŞMAZDIM"

Prezidenliyə namizədlərin dünən İctimai televiziyada keçirilən teledebatında Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənliyə xəbərdarlıq edib. “Seçkidən sonra bu söylədiklərinə görə hüquq-mühafizə orqanları qarşısında cavab verəcəksən”-deyə YAP funksioneri Milli Şuranın namizədinə bildirib. YAP rəsmisinin bu dediklərinə qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Cəmil Həsənli Avropa.info-ya açıqlamasında Azərbaycan şəraitində hər şey baş verə biləcəyini deyib : "Azərbaycanda hüquqi dövlət yoxdur. Hər şey bir nəfərin iradəsindən asılıdır. Əli Əhmədovun dedikləri isə Konstitusiyaya və qanunlara ziddir. Amma belə hədələr məni qorxutmur. Qorxsaydım belə şeylər danışmazdım".
Geri qayıt