Əsas Səhifə > Dünya > İNGİLİS PİLOTLAR 200 SƏRNİŞİNİ RİSQƏ ATIB

İNGİLİS PİLOTLAR 200 SƏRNİŞİNİ RİSQƏ ATIB


27-09-2013, 12:36
İNGİLİS PİLOTLAR 200 SƏRNİŞİNİ RİSQƏ ATIB
FaktXəbər-in verdiyi məlumata görə, Britaniyada reys baş verən hadisəyə görə böyük qalmaqal yaranıb. Söhbət havada olarkən pilotların ikisinin də yatmasından gedir. Daily Mail-in verdiyi məlumata görə, bu vaxt hava gəmisində 200 sərnişinlik yer tamamilə dolu olub. Təyyarə avtopilotda uçub və uçuş insidentsiz başa çatıb. Lakin mətbuat bu barədə xəbər tutanda britaniyalılar yumşaq desək, qəzəbləniblər. Onlar nəinki pilotların, hətta aviokompaniyanın da cəzalanmasını tələb ediblər.

Mülki Aviasiya Nəzarət İdarəsi isə aviadaşıyıcının adını çəkməkdən imtina edərək, sadəcə «Britaniyanın nəhəng aviakompaniyalarından biri» deyir.

Geri qayıt