Əsas Səhifə > Ölkə > QUZEYDƏN GÜNEYƏ DƏSTƏK

QUZEYDƏN GÜNEYƏ DƏSTƏK


18-01-2012, 13:04
QUZEYDƏN GÜNEYƏ DƏSTƏK

BAKIDA “TİRAXTUR”UN FAN KLUBU FƏALİYYƏTƏ BAŞLADI

Bakıda Təbrizin “Traktorsazi” (“Tiraxtur”) futbol klubunun fan klubu yaradılıb.

Fan klubdan “Media forum” saytına verilən məlumata görə, məqsəd “Traktorsazi”nin oyunlarının Bakıda yayımını təşkil etmək, kluba azarkeş dəstəyi vermək və onu Azərbaycanda tanıtmaqdır.

Klubun şərfləri hazırlanıb. Üzərində “Təbriz”, “Azərbaycan”, “Traxtor” yazılan şərfləri əldə etmək üçün klubun “Facebook” səhifəsinə müraciət olunmalıdır.

Fan klubun rəhbəri Rasim Əfəndiyevdir.


Geri qayıt