Əsas Səhifə > Dünya > AĞ EVDƏ MÜHÜM GÖRÜŞ

AĞ EVDƏ MÜHÜM GÖRÜŞ


18-01-2012, 12:46
AĞ EVDƏ MÜHÜM GÖRÜŞ

OBAMA İLƏ SAAKAŞVİLİ NƏLƏRİ MÜZAKİRƏ EDƏCƏK?

Yanvarın 30-da Ağ Evdə ABŞ prezidenti Barak Obama Gürcüstan prezidenti Mixail Saakaşvilini qəbul edəcək. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 30-da Obama Oval kabinetində Saakaşvilini qəbul edəcək.

Bu il ABŞ və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd olunur. Prezidentlər Amerika-Gürcüstan strateji tərəfdaşlığının möhkəmləndirilməsi, ticarət, turizm, energetika, elm, təhsil, mədəniyyət və təhlükəsilzik məsələlərini müzakirə edəcəklər”, - mətbuat xidmətinin məlumatında deyilir.

Gözlənildiyi kimi, Obamanın prezidentliyi dövründə ilk dəfə Ağ Evdə keçiriləcək görüşdə amerikalı prezident Əfqanıstanda beynəlxalq əməliyyata gürcü tərəfinin verdiyi töhfə də daxil olmaqla, Gürcüstanla hərbi əməkdaşlığın vacibliyini vurğulayacaq”.

“Prezident ümumqəbul olunmuş sərhədlər çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirəcək. Obama həmçinin Gürcüstanda qarşıdakı seçkiləri və islahatları müzakirə edəcəyinə ümidvardır. Bunlar Gürcüstanın stabil demokratik dövlətə transformasiyasını davam etdirəcək”, - məlumatda deyilir.


Geri qayıt