Əsas Səhifə > Şou-biznes > BAKIDA DUEL GÖZLƏNİLİR

BAKIDA DUEL GÖZLƏNİLİR


18-01-2012, 12:41
BAKIDA DUEL GÖZLƏNİLİR

NARAHAT OLMAYIN, YENƏ DƏ MANISLARIMIZ TOQQUŞUR

Müğənnilər Elçin Cəfərov və Samir Piriyev duelə hazırlaşdıqlarını bəyan ediblər.

Day.Az-ın verdiyi məlumata görə, onlar bunu yerli telekanallardan birinə açıqlamalarında bildiriblər. İfaçılar tamaşaçıların dueldən zövq alacaqlarına əmindirlər.

"Mən yalnız Samirlə deyil, istənilən ifaçı ilə mahnı duelinə çıxmağa hazıram, - deyə Elçin bildirib. - Sadəcə, bunun üçün bizim, heç olmasa, səs tembrimiz uyğun gəlməlidir. Bizim yaxşı səsimiz var. Ona görə də onu özümə rəqib sayıram. Heç zaman canlı ifadan qorxmamışam. Əksinə, həmişə bacarığımı nümayiş etdirməyə çalışmışam. Əminəm ki, yaxşı oxuya bilərəm".

S.Piriyev də iddialıdır: "Özümə rəqib saydığım 4-5 müğənni var. Elçini rəqib hesab etməsəydim, dueldən imtina edərdim. Biz sağlam rəqabətin nə olduğunu nümayiş etdirəcəyik".


Geri qayıt