Əsas Səhifə > Siyasət, Manşet > TƏHSİL NAZİRLİYİNDƏ “TARAMA”

TƏHSİL NAZİRLİYİNDƏ “TARAMA”


18-01-2012, 12:32
TƏHSİL NAZİRLİYİNDƏ “TARAMA”

1 ŞÖBƏ MÜDİRİ VƏ 3 TN ƏMƏKDAŞI İŞDƏN ÇIXARILDI

Təhsil Nazirliyində bir neçə vəzifəli şəxs yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin APA-ya verdiyi məlumata görə, nazirliyin xüsusi şöbəsinin müdiri Mircəfər Nəbiyev yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Yaş senzi ilə əlaqədar işdən uzaqlaşdırılan digər 3 nəfər isə nazirliyin şöbələrinin işçiləridir. Təqaüdə göndərilənlərdən Musa Əhmədov strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsində, Zahid Məmmədov iqtisadiyyat şöbəsində, Nədim Nəcəfquliyev isə ali və orta ixtisas təhsili şöbəsində çalışıb.

Nazirlikdən bildiriblər ki, Nədim Nəcəfquliyevin yerinə Leyla İmaməliyeva təyin olunub.

Qeyd edək ki, təqaüdə göndərilən Mircəfər Nəbiyev Misir Mərdanovun yaxın qohumudur.

Geri qayıt