Əsas Səhifə > Ölkə, Manşet > DAŞ KARXANALARINI TƏFTİŞ QƏRARI VERİLDİ

DAŞ KARXANALARINI TƏFTİŞ QƏRARI VERİLDİ


26-09-2013, 12:57
DAŞ KARXANALARINI TƏFTİŞ QƏRARI VERİLDİ
KARXANALAR MƏMURLAR ARASINDA BÖLÜNÜB

DİA.AZ: - Son zamanlar Qaradağ rayonu ərazisində yerləşən daş karxanaları ilə bağlı qalmaqallı məlumatlar yayılmaqdadır. Artıq elə bir təəssürat yaranır ki, sanki bu istiqamtdə tam özbaşınalıq mühiti var və dövlətin müvafiq qurumları hansısa formada müdaxilə iqtidarında belə deyillər.

Əslində reallıq tamam başqadır. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, bu gün daş karxanaları ayrı-ayrı məmurların himayəsi altında olduğundan və konkret olaraq bir sıra dövlət qurumları həmin karxanaları aylıq haqqa oturtduqlarından «bespredel» təəssüratı yaranır: «Hər kəsin arxasında kimsə dayanır və hər bir sahibkar güvəndiyi məmura söykənərək istədiyini edir ki, bu da nəticədə özbaşınalığa gətirib çıxarır».

Amma bütün bunlara son veriləcəyini bildirən mənbəmiz vurğuladı ki, bu günlərdə karxanalarda həm də ölüm hallarının artması səbəbindən daş karxanalarının yoxlanılması qərarı verilib: «Yoxlamalarda başlıca məqsəd özbaşınalığa nədən olan faktorların müəyyən olunmasından ibarətdir. Bundan sonra ola bilsin ki, karxanaçılıqla bağlı hansısa hüquqi prosedurlar düşünülüb, tətbiq ediləcək».


Geri qayıt