Əsas Səhifə > Güney Press, Üçüncü sektor > CƏLİLABADIN İCRA BAŞÇISINA QARŞI ŞOK İTTİHAM

CƏLİLABADIN İCRA BAŞÇISINA QARŞI ŞOK İTTİHAM


26-09-2013, 11:38
CƏLİLABADIN İCRA BAŞÇISINA QARŞI ŞOK İTTİHAM
Cəlilabad rayon Göytəpə şəhər sakini redaksiyamıza şikayət məktubu göndərib. Gunxeber.com vasitəsilə əlaqədar dövlət qurumlarına ünvanlanan müraciətdə müəyyən səbəblərdən adını açıqlaya bilmədiyini qeyd edən şəxs bunları yazıb: “Mənim övladım 2013-cü ilin may ayında Göytəpə şəhər 1 saylı məktəbinin 11 b sinfindən məzun olub. Ancaq attestatı almaq üçün məktəbin direktoru Reyhan Cəfərova bizdən 50 manat istəmişdi. İmkanımız olmadığından bu pulu verə bilmirdik və oğlum attestatını ala bilmirdi. Məcbur olub yaxınlarımdan 50 manat borc alıb məktəbin direktoruna verdim. Bundan sonra oğlum attestatını ala bildi”.
Şikayətçinin yazdıqlarına görə, daha sonra direktor bunları deyib: “Vallah mənlik deyil, qarşıdan seçki gəlir, icra başçısı Əziz Əzizovun göstərişidi, biz də məcburuq bu variantdan istifadə edək. Vallah başqa cür başa düşməyin, az qala icra başçısının əlindən özümüzü asaq. Müəllimlərlə üz-göz olmuşam, müəllim nə maaş alır ki, mən hər ay onlardan 20 manat yığıb yuxarının haqqını verim?
Keçmiş təhsil şöbəsinin müdiri işdən uzaqlaşdırılanda sevindik ki, təzə gələn bəlkə təhsildə korrupsiyanın qarşısını alar. Amma əksinə oldu. Lap dilənçi gününə düdük. Özüm də utanıram, siz mənə dediniz borc almışam lap xəcalət çəkdim. Allah evlərini yıxsın, bizi gör nəyə məcbur edirlər”.
Daha sonra şikayətçi öz adından bunları yazır: “Hörmətli cənablar, mənim kimi neçə ailənin başına belə oyun açılıb, heç kəs səsini çıxara bilmir. Buna görə də məktəb direktorunun bu əməllərini mətbuat vasitəsilə əlaqədar təşkilatlara çatdırmaq qərarına gəldim. Reyhan Cəfərova məktəbin şagirdlərini özünə pul kəsən maşın hesab edir. Direktor bir neçə cinayət tərkibli saxta işlər görüb. Belə ki, məktəbi 2013-cü ildə bitirən 11 b sinif şagirdi Xəyal Əliyev dərslərə gəlmədiyindən, qiymətləndirmə hamısı qayıb olduğu halda direktor jurnal pozuntusu edərək bu şagirdin valideynindən 300 manat pul alaraq müsbət qiymət yazmaqla attestat verib.
Məktəbin 11-ci sinif şagirdi Şahbazov Elçin Eldar oğluna isə jurnalda qiymətlər 3 olduğu halda sənədlərdə qara pozuntu edərək 500 manat pul alıb 4 yazaraq attestat verib, halbuki jurnaldakı qiymətlərlə attestat qiymətləri uyğun gəlmir. Məktəbin 11 b sinif şagirdi olan qızın valideynlərindən də bu qayda ilə pul alıb. Məktəbin sənədləri yoxlanılsa bütün bu qanun pozuntuları üzə çıxacaq. Jurnalların hamısında pozuntu halları var.
Xahiş edirəm bu məsələ Təhsil nazirliyi səviyyəsində araşdırılsın”.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt