Əsas Səhifə > Hadisə > AZƏRBAYCAN FUTBOLUNDA BİABIRÇI SAXTAKARLIQ

AZƏRBAYCAN FUTBOLUNDA BİABIRÇI SAXTAKARLIQ


26-09-2013, 11:33
AZƏRBAYCAN FUTBOLUNDA BİABIRÇI SAXTAKARLIQ
Futbol üzrə Topaz Premyer Liqasında 2013-2014-cü il mövsümünün avqust ayı üzrə ən yaxşı futbolçusu sorğusunda saxtakarlıqlara yol verilib. Lent.az-ın məlumatına görə, sentyabrın 26-da keçirilmiş mükafatlandırma mərasimi zamanı jurnalistlərə paylanan press-relizdə “ayın futbolçusu” seçimi zamanı 50-dən artıq idman jurnalistinin fikrinin öyrənildiyi yazılıb.

Halbuki Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında cəmi 38 mətbu orqanın seçimi yerləşdirilib. Onların arasında hətta avqust ayından da öncə fəaliyyət göstərməyən nəşr, eləcə də artıq iş yerini dəyişən həmkarımız da var. Sadəcə, həmkar etikası naminə onların adlarını açıqlamırıq. Hətta Lent.az-dan fikri öyrənilən şəxs kimi sorğuda Elşən Məmmədov əvəzinə Elşən Əliyev yazılıb. Bunu texniki səhv də saymaq olardı. Amma dəfələrlə təkrarlandığı üçün PFL rəsmilərinin diqqətinə çatdırmağı zəruri sayırıq.

Ən ciddi saxtakarlıq isə rəyi soruşulanların sayı ilə futbolçuların qarşısındakı səs sayının cəmində bərabərliyin olmaması ilə bağlıdır. Başqa sözlə, 38 mətbu orqandan 36 səs ortaya çıxıb, 2-si isə “itib”. İtən səsləri tapıb, türkün məsəli, yerinə qoyduqda isə AZAL-ın hücumçusu Viktor İqbekoyiyə 2 yox, 3 səs verildiyi, bu səbəbdən, nigeriyalı hücumçunun “Qarabağ”lı Çumbinyo ilə birgə 3-4-cü yerləri bölüşdürdüyü məlum olur. Daha bir itən səs isə “Neftçi”nin və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Araz Abdullayevindir. Onun adını da daxil etdikdə isə 38 mətbu orqanın 12 yox, 13 futbolçuya səs verdikləri məlum olur.

Qeyd edək ki, “ayın futbolçusu” sorğusunda “Bakı”nın və Azərbaycan millisinin hücumçusu Cavid Hüseynov qalib olub. “Ayın qolu”nun müəllifi isə AZAL-ın hücumçusu Con Oluremi sayılıb.

PFL-in sorğusunun nəticələri:



KİV
ADI, SOY ADI
Avqust 2013
1
“Futbol dünyası” qəzeti
Mikayıl Nərimanoğlu
Cavid Hüseynov
(Bakı)

2
“Futbol +” qəzeti
Mahir Rüstəmli
Leonardo Da Silva
(Qəbələ)

3
“Çempion” qəzeti
Ürfan Məmmədli
Cavid Hüseynov
(Bakı)

4.
“Komanda” qəzeti
Rəşad Ergün
Viktor İqbekoyi
(AZAL)

5
“Idman” qəzeti
Kamran Hacı
Cavid Hüseynov
(Bakı)

6
www.apasport.az
İxtiyar Əsgərov
Reynaldo
(Qarabağ)

7
www.fanat.az
Əlisahib Əliyev
Viktor İqbekoyi
(AZAL)

8
www.qol.az
Aydın Bağırov
Cumbinyo
(Qarabağ)

9
www.supersport.az
Anar Cəfərsoy
Cumbinyo
(Qarabağ)

10
www.Extratime.az
Rüstəm Piriyev
Cavid Hüseynov
(Bakı)

11
İctimai TV
Elman Himayətoğlu
Əfran İsmayılov
(Bakı)

12
ANS TV
Xəyal Azəroğlu
Əfran İsmayılov
(Bakı)

13
Space TV
Tural Xudiyev
Cavid Hüseynov
(Bakı)

14
Lider TV
Rövşən Məmmədov
Cavid Hüseynov
(Bakı)

15
Xəzər TV
Sənan Abdullayev
Əfran İsmayılov
(Bakı)

16
İdman Azərbaycan
Elnur
Leonardo Da Silva
(Qəbələ)

17
ATV
Sənan Şəfizadə
Reynaldo
(Qarabağ)

18
1news.az
Elmir Əliyev
Viktor İqbekoyi
(AZAL)

19
Lent.az
Elşən Əliyev
Cumbinyo
(Qarabağ)

20
Siasport.az
Elgün Vidadioğlu
Əfran İsmayılov
(Bakı)

21
www.futbolpress.az
Elçin Cəlilov
Emin Mehdiyev
(Neftçi)

22
«Trend» agentliyi
Emil Hüseynov
Reynaldo
(Qarabağ)

23
www.azerisport.com
Vüqar Zeynalov
Reynaldo
(Qarabağ)

24
www.stadium.az
Vüsal Gözəlov
Cavid Hüseynov
(Bakı)

25
www.rekord.az
Kənan Məstəliyev
Con Oluremi
(AZAL)

26
www.sportmedia.az
İlkin Vidadioğlu

Əfran İsmayılov
(Bakı)

27
İnteraz TV
Rüfət Nadirli
Cavid Hüseynov
(Bakı)

28
www.futbol11.az
Elgiz Abasov
Cavid Hüseynov
(Bakı)

29
www.sportal.az
Şahin Oğuz
Əfran İsmayılov
(Bakı)

30
www.sportinfo.az
Anar Xanlarov
Vadim Abdullayev
(Bakı)

31
“Azərbaycan” qəzeti
ElçinCəfərov
Rauf Əliyev
(Bakı)

32
www.Korner.az
Saleh Aslanov
Cavid Hüseynov
(Bakı)

33
www.futbolmedia.az
Əli Həyati

Mindanquas Kalonas
(Bakı)

34
www.sportlife.az
MirƏləm

Araz Abdullayev
(Neftçi)

35
Sport Ekspress
Vüsal Mahmudov
Cavid Hüseynov
(Bakı)

36
Het-trik news
Ilqar Tağıyev
Reynaldo
(Qarabağ)

37
www.avrofutbol.com
Elmidar Əliyev
Rauf Əliyev
(Bakı)

38
Olimpiya Dünyası
Bahodir Nasimov
(Neftçi)





Cavid Hüseynov (Bakı)-11 Səs (1+1+1+1+1+1+1+1+1+1+1)

Əfran İsmayılov (Bakı)- 6 Səs (1+1+1+1+1+1)

Reynaldo (Qarabağ)- 5 Səs (1+1+1+1+1)

Cumbinyo (Qarabağ)- 3 Səs (1+1+1)

Rauf Əliyev (Bakı)- 2 Səs (1+1)

Leonardo Da Silva (Qəbələ)- 2 Səs (1+1)

Viktor İqbekoyi (AZAL)- 2 Səs (1+1+1) – burada 2 səs əvəzinə 3 səs alınır.

Mindanquas Kalonas (Bakı)- 1 Səs (1)

Vadim Abdullayev (Bakı)- 1 Səs (1)

Con Oluremi (AZAL)- 1 Səs (1)

Bahodir Nasimov (Neftçi)- 1 Səs (1)

Emin Mehdiyev (Neftçi)- 1 Səs (1)


Araz Abdulayevə verilən səs siyahıya düşməyib.

Geri qayıt