Əsas Səhifə > Siyasət, Manşet > MİKAYIL CABBAROVDAN YENİLİK GÖZLƏMƏYİN

MİKAYIL CABBAROVDAN YENİLİK GÖZLƏMƏYİN


26-09-2013, 10:54
MİKAYIL CABBAROVDAN YENİLİK GÖZLƏMƏYİN
YENİ NAZİR KÖHNƏ KOMANDA İLƏ DİL TAPARAQ ƏL-ƏLƏ VERİB İŞLƏYƏCƏK

DİA.AZ: - «Təhsil Naziri Mikayıl Cabbarov artıq hər şeyi anlayıb və başa düşüb ki, onun «təhsil mafiyası» ilə bacarması imkansızdır». Bu şok açıqlama təhsil nazirliyinin yetkililərindən biri tərəfindən verilib. DİA.AZ-a danışan TN işçisi bildirir ki, artıq Mikayıl Cabbarov da köhnə sistemlə - Misir Mərdanovdan qalma ənənə ilə işləməyə başlayıb:

«Yeni dərs sezonudur. Nazirliyə pulların axan vaxtıdır. Mikayıl Cabbarov da köhnə qaydaların «şirinliyini dada bilib». Ona görə də nazirdən hansısa yeniliyi, fundamental islahatı gözləmə yinə dəyməz. Ola bilsin ki, hansısa yaxın adamını hansısa vəzifəyə gətirsin, amma fundamental, köklü dəyişikliklərdən söhbət belə gedə bilməz. Çünki Misir Mərdanovdan qalma və təhsil nazirliyini cənginə almış «təhsil mafiyası» artıq yeni nazirlə dil tapmağa müvəffəq olub».

Mənbəmiz konkret misal kimi günü bu gün də təhsil nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının vəzifəsində saxlanılmasını göstərir: «Hər halda, bu gün ən çox şikayət olunan ünvanlardan biri də məhz dərslik siyasətidir. Təsəvvür edin, hazırda orta məktəblərdə dərslik böhranı yaşanılır. Dərslər başlasa da, dərsliklərin tamamı nəşr edilməyib. Bu bir yana. Önəmli olanı dərsliklərini keyfiyyətidir, daha dəqiqi keyfiyyətsizliyi… Bu məsələyə də əncam çəkən yoxdur. Mikayıl Cabbarovun başı isə başqa işlərə qarışıb».

Geri qayıt