Əsas Səhifə > Dünya > PEŞƏKAR BOKSÇU PEŞƏKAR OĞRU İMİŞ

PEŞƏKAR BOKSÇU PEŞƏKAR OĞRU İMİŞ


26-09-2013, 10:36
PEŞƏKAR BOKSÇU PEŞƏKAR OĞRU İMİŞ
ABŞ-ın Kaliforniya ştatında oğurluq edən erməni boksçu həbs olunub. ANS PRESS-in xarici mediaya istinadən verdiyi xəbərə görə, maşın parkında qazma qurğusu oğurlayan keçmiş peşəkar boksçu Vilyam Abelyan polis tərəfindən saxlanılıb. Bu barədə "Glendale News-Press" qəzeti məlumat yayıb.

İrəvanda doğulan Abelyan Şimali Amerika Boks Təşkilatı versiyası (NABO) versiyası üzrə çempion olub. Onun peşəkar karyerasında 24 qələbə, 6 məğlubiyyət var.

34 yaşlı idmançının evində aparılan axtarışlarda oğurluq qurğu tapılıb. Onun avto parkda etdiyi oğurluq hadisəsi müşahidə kameraları tərfindən də qeydə alındığından, keçmiş boksçu girov müqabilində şərti azadlığa çıxa bilməyib.

Geri qayıt