Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: QAÇAN PKK-LILAR ARASINDA AZƏRBAYCANLI VAR

ŞOK: QAÇAN PKK-LILAR ARASINDA AZƏRBAYCANLI VAR


26-09-2013, 10:32
ŞOK: QAÇAN PKK-LILAR ARASINDA AZƏRBAYCANLI VAR
QARDAŞ ÖLKƏNİN MƏTBUATINDAN ŞOK İDDİA: AZƏRBAYCANLI PKK-ÇI İMİŞ

DİA.AZ: - Məlum olduğu kimi, dünən qardaş Türkiyədə 18 PKK terror təşkilatının üzvü saxlanıldıqları cəzaçəkmə müəssisəsindən qaçıblar. Verilən rəsmi məlumata görə, Bingöl-Muş magistralının 12-ci kilometrliyindəki Qalaönü Məhəlləsində yerləşən M Tipli Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanılan, 14-ü cəza almış, 4-ü mühakiməyə hazırlanan PKK üzvü qaçıblar.

Burada maraqlı olanı odur ki, qaçanlar arasındat bir Azərbaycan vətəndaşının olduğu da söylənilir. DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan Ağayev İbrahim Rəsul oğlu şəxs PKK-nın dağ kadrosunda yer alıb və zaman-zaman Türkiyə ordusuna qarşı hərbi əməliyatlarda iştirak edib.

Onu da bildirək ki, ilk dəfədir bu adda azərbaycanlının PKK sıralarında Türkiyə ordusuna qarşı saaşması barədə məlumat yayılır. Və aydın olur ki, adam hətta həbs belə olunub. Onunla bağlı məlumat qıtlığı səbəbindən əlavə bilgilərə ulaşa bilmədik.

PKK terrorçularının qaçmasına gəlincə isə, bu barədə qardaş ölkənin mətbuatında yazılan xəbərlərdən aydın olur ki, 18 PKK üzvü olan məhkum iki ayrı-ayrı kameralarda saxlanılıblar və onlar kameraların birindən 80 metr uzunluğunda tunel qazaraq qaçıblar. Bu isə o deməkdir ki, illərdir bu qaçışa tədarük görülüb.

PKK-lılar qaçdıqları zaman hətta dəfələrlə gözü tutulmuş kanalizasiyadan da keçməli olublar.

Geri qayıt