Əsas Səhifə > Hadisə > ƏVƏZ ZEYNALLININ HƏBSİ UZADILDI

ƏVƏZ ZEYNALLININ HƏBSİ UZADILDI


17-01-2012, 18:15
ƏVƏZ ZEYNALLININ HƏBSİ UZADILDI

BAŞ REDAKTORA QARŞI 2 YENİ CİNAYƏT İŞİ AÇILIB

DİA.AZ: - Bu gün Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə «Xural» qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının barəsində verilmiş həbs-qəti imkan tədbirinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.

Hakim korrupsiyaya qarşı mübarizə idarəsinin vəsadətini qismən təmin edərək baş redaktorun həbs müddətinin 2 ay 20 gün müddətinə qədər uzadılması ilə bağlı qərar qəbul edib. Məhkəmə zamanı məlum olub ki, Əvəz Zeynallıya qarşı Azərbaycan Respublikası CM-nin 306.2 maddəsi ilə də cinayət işi qaldırılıb (məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı).

Əvəz Zeynallının vəkilləri Məsub Bayramov və Elçin Sadıqov iddianın təmin edilməməsi barədə vəsadət veriblər. Lakin hakim vəkillərin vəsadətini təmin etməyib. Sabah saat 14.30-da vəkil Elçin Sadıqovun vəsadəti əsasında Əvəz Zeynallının həbsinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsadətinə baxılacaq.

Məhkəmə zamanı məlum olub ki, baş redaktora qarşı vergidən yayınma ilə bağlı da cinayət işi qaldırılacaq. Bu barədə müstəntiq məlumat verib. Və buradan da aydın olur ki, Əvəz Zeynallıya qarşı 2 yeni cinayət işi açılıb.


Geri qayıt