Əsas Səhifə > Ölkə, Manşet > HACI MƏMMƏDOVUN “QARA BULAQ”DAKI ŞƏRİYİ KİM OLUB?

HACI MƏMMƏDOVUN “QARA BULAQ”DAKI ŞƏRİYİ KİM OLUB?


25-09-2013, 13:09
HACI MƏMMƏDOVUN “QARA BULAQ”DAKI ŞƏRİYİ KİM OLUB?
BU ADAM VƏZİFƏ BAŞINDA İMİŞ, HƏM DƏ...

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumatlarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Təmir Tikinti İdarəsinin rəisi Çingiz Məmmədova qarşı sərt ittihamlar irəli sürülüb. DİA.AZ-a bu barədə danışan mənbə idarə rəisinin ilk növbədə Gəncə dəmiryol vağzalında mərhum prezident Heydər Əliyevin adını daşıyan bulağın qurumasına və nəhayətdə tamamilə yox edilmısinə səbəb olmuş hərəkətlərini diqqət mərkəzinə çəkir.

Bildirilir ki, vağzaldakı iaşə obyektlərinin Ç.Məmmədov tərəfindən təmirə dayandırıldığı zaman bulaq təmir edilməmiş, suyu quruyandan sonra isə üzərindəki Heydər Əliyevin xatirə-lövhəsi götürülmüşdür. Daha sonra məlumatda göstərilir ki, mərhum prezidentin yubileyi ərəfəsində Çingiz bəyin nümayişkaranə formada bu cür hörmətsizlik etməsi Gəncədə böyük müzakirə mövzusuna çevrilmişdi. Kütləvi informasiya vasitələri isə Çingiz Məmmədovu “qurd ürəyi yemiş” adam kimi təqdim edirdilər. Hər halda hansısa bir məmurun bu şəkildə davranışı indiki reallıqlarla heç uzlaşmır. Bunu da DİA.AZ-a danışan məbə bildirir.

Gəncəlilər bulağın qurudulmasını və adının silinməsini onunla əlaqələndirdilər ki, bulağın suyu pulsuz olduğu üçün ətrafdakı su köşklərinin qazancına mane olur, bu isə müvafiq olaraq, Çingizin və Gəncə vağzalı rəisinin gəlirlərini azaldır. Daha acınacaqlısı isə budur ki, bulağın yerində ödənişli ayaqyolu tikilib. Daha sonra mənbə qeyd edir ki, bu məmurların bütün başqa şəhər və rayonlarda dəmiryol stansiyalarının ətraf infrastrukturundan da nəyin bahasına olursa-olsun (hətta ulu öndərin adının bulaqlardan silinməsi hesabına) bunca mənfəət güddüklərini nəzərə alsaq, onların varidatının toplam kəmiyyəti barədə müəyyən təsəvvürlər əldə etmək olar.

Məlumatda deyilir: “Görülən tikinti-təmir işlərində ikili mühasibat aparılır. İşlərə günəmuzd fəhlələr əmək müqaviləsi bağlanılmadan cəlb edilir. Bunların nəticəsində isə bu gün Çingiz Məmmədovun malik olduğu villaların sayı 12-ni ötüb. Bu məmur hal-hazırda Bakının Bilgəh, Mərdəkan, Novxanı qəsəbələrində şəxsi evlərin, Rəsulzadə qəsəbəsinin “Vorovski” kimi tanınan həndəvərindəki “göydələn”dən alınmış 6 mənzilin, Gəncədə xüdudi mülkün sahibidir. Maraqlıdır ki, Çingiz Məmmədovun yürütdüyü siyasətə etiraz səsini ucaldanların səsi hüquq-mühafizə orqanları tərəfindən boğulur.

Vaxtilə ADDY Şirvan şəhəri Baş Su Təchizatı Distansiyasında mühasib vəzifəsində işləmiş Adil Şükürovun ona qarşı açdığı məhkəmə çəkişməsi də uğursuzluqla nəticələndi. Hakimlər Ç.Məmmədov tərəfindən əmək qanunvericiliyinin tələblərini pozulması faktını aşkar etmək əvəzinə, onun rəvac verdiyi qanunsuzluqları ört-basdır etdilər”.

Yeri gəlmişkən, Çingiz Məmmədovun Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyası rəhbərinin müavini olan Əli Əsədovla tələbə yoldaşı olduğunu nəzərə alsaq, hüquq-mühafizə orqanlarına təsir etmək gücünə hardan malik olması başa düşüləndir.

Məlumatı təqdim edən mənbə Ç.Məmmədovun hansı əsasla “qurd ürəyi yemiş adam” adlandırılması məsələsinə dair açıqlamalar da verir: “Çingiz Məmmədovun “qara polkovnik” Hacı Məmmədovla qohum olduğu məlumdur. O da bəllidir ki, Məmmədovlar Qusarda yerləşən “Qara bulaq” restoranında birgə istirahət edərmişlər. Hətta obyekti ortaq işlətdiklərini söyləyənlər də var. Çingizin adı həm də həmin restoranda xanımları döyməklə hallanırdı. Kim bilir, Çingizə məxsus villaların divarları hansı cinayətlərə şahiddir? Var-dövlətinə görə hətta “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Arif Əsgərovu da geridə qoyan Çingiz Məmmədov görən “qara polkovnik”in açıqlanmayan hansı cinayətlərini özünün “qurd ürəyi”ndə saxlayır..?”

Artıq qeyd etdiyimiz kimi bütün bunlar həqiqətən də kifayət qədər ciddi ittihamlar olduğundan, qarşı tərəfin bu ittihamlara münasibətini öyrənmək bizim üçün də son dərəcə maraqlı olardı.

Geri qayıt