Əsas Səhifə > Ölkə > TAKSİ SÜRÜCÜLƏRİİNİN AKSİYASI DAVAM EDİR
TAKSİ SÜRÜCÜLƏRİİNİN AKSİYASI DAVAM EDİR17-01-2012, 16:46 |
“BU DA ƏLİMİZDƏN ALINSA AC QALACAĞIQ” Taksi sürücülərinin aksiyası davam edir. Bu gün onlar yenidən bir araya gələrək Nəqliyyat Nazirliyinin qarşısına toplaşmağa cəhd ediblər. "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Bagı regional şöbəsinin qarşısında toplanan sürücülər növbəti dəfə Nəqliyyat Nazirliyinə etiralarını bildirmək üçün nazirliyin binasının qarşısına getmək istəyirlər. Ancaq polis qüvvələri onların qarşısını kəsərək sürücülərin nazirliyə yaxın getmələrinə imkan vermək istəmir. Qeyd edək ki, sürücülər Nəqliyyat Nazirliyinin köhnə maşınlarda taksi xidməti göstərməyi yasaqlamasından sonra ayağa qalxıblar. Onlar bu "islahat"ın onlara baha başa gələcəyini, ailələrini çörəksiz qoyacağını deyirlər. "Bu, çoxumuz üçün çörəkpulu qazanmağın axırıncı yoludur, bu da əlimizdən alınsa ac qalacağıq" deyən sürücülər Nəqliyyat Nazirliyindən olduqca narazıdırlar. Onu da qeyd edək ki, nazirliyin sözçüsü Namiq Həsənov qəti şəkildə lisenziyasız taksilərin yığışdırılacağını söyləyib. musavat.com Geri qayıt |