Əsas Səhifə > Siyasət, Manşet > ƏFVƏ DÜŞƏNLƏRİN BƏZİLƏRİNİN KİMLİYİ BƏLLİ OLDU

ƏFVƏ DÜŞƏNLƏRİN BƏZİLƏRİNİN KİMLİYİ BƏLLİ OLDU


25-09-2013, 11:34
ƏFVƏ DÜŞƏNLƏRİN BƏZİLƏRİNİN KİMLİYİ BƏLLİ OLDU
İLKİN SİYAHIDA FƏRHAD VƏ RAFİQ ƏLİYEV QARDAŞLARININ ADLARI VAR

DİA.AZ: - Məlum olduğu kimi, builki prezident seçkilərindən dərhal sonra növbəti əfv sərəncamının imzalanması nəzərdə tutulub. Bununla bağlı DİA.AZ-a müəyyən bilgilər daxil olub. Onu sizinlə paylaşırıq.

Redaksiyamıza məlumat verən hökumət içindəki mənbə iddia edir ki, artıq əfvə düşəcək məşhurlardan bəzilərinin kimlikləri məlumdur. Onların adlarını diqqətinizə təqdim edirik:

1. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev;
2. «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyev:
3. «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı;
4. Keçmiş «OMON»çu Elçin Əmiraslanov;
5. Keçmiş «OMON»çu Arif Kazımov;
6. Keçmiş «OMON»çu Səfa Poladov;
7. «İdeal» qəzetinin baş redaktoru Nazim Quliyev;
8. Azərbaycan İslam Partiyasının fəalı Ruhulla Axundzadə;

Mənbəmiz iddia edir ki, bu adamların adları artıq prezident yanında əfv komissiyası tərəfindən hazırlanan siyahıda oturuşub. Və ehtimal olunur ki, daha bir neçə tanınmış məhbus da nəzərdə tutulan əfv qərarı ilə azadlığa buraxılsın.

Geri qayıt