Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT SEÇKİDƏN SONRA KİMLƏRİ "VURACAQ"?

HAKİMİYYƏT SEÇKİDƏN SONRA KİMLƏRİ "VURACAQ"?


25-09-2013, 10:28
HAKİMİYYƏT SEÇKİDƏN SONRA KİMLƏRİ "VURACAQ"?
GÖMRÜK SİSTEMİNDƏ «BÖYÜK İTKİ» GÖZLƏNİLİR: TƏHSİL DƏ HƏDƏFDƏDİR

DİA.AZ: - Neçə müddətdir ki, hakimiyyətin kadr islahatlarına gedəcəyi və bu zaman hətta ciddi fiqurları belə iqtidar düşərgəsindən çıxdaş ediləcəyi haqda məlumatlar yayılmaqdadır. Bu barədə DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, artıq seçkidən sonra «vurulacaq» məmurların kimlikləri bəllidir.

Onu da xatırladaq ki, bu barədə zaman-zaman bilgilərimizi sizinlə paylaşmışdıq. Və bu missiyamızı davam etdiririk. Nazirlər Kabinetindəki qaynağın iddialarına görə, gözlənilən kadr islahatları bumunun əsas hədəflərindən biri Dövlət Gömrük Komitəsi olacaq. Mənbə bildirir ki, başda DGK rəhbəri Aydın Əliyev olmaqla, gömrük orqanlarının təxminən 20-yə yaxın səlahiyyətlisinin vəzifələrindən azad edilməsi planlaşdırılır.

Digər «islahat hədəflərindən» birinin isə təhsil sahəsi olacağı qeyd olunur. Bildirək ki, bu prosesə artıq start verilib. Mənbənin sözlərinə görə, Mikayıl Cabbarova prezident seçkilərindən sonra təhsil sistemini içindən yeyən və Azərbaycanda saadsız bir mühiti formalaşdıran təhsil mafiyası ilə üzülüşə bilməsi üçün kifayət qədər səlahiyyət və ixtiyar tanınacaq. Hətta bu zaman həbslərin belə mümkünlüyü söylənilir.

Məlumatlı mənbə eyni zamanda Nazirlər Kabinetində də ciddi islahatların həyata keçiriləcəyini bildirib. Xatırladaq ki, bu barədə əvvəldən bilgiləri diqqətinizə çatdırmışıq. Əlavə informasiyaları zaman-zaman təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt