Əsas Səhifə > Hadisə > EMİN AĞALAROVUN ADINDAN SAXTAKARLIQ EDİBLƏR

EMİN AĞALAROVUN ADINDAN SAXTAKARLIQ EDİBLƏR


25-09-2013, 10:05
EMİN AĞALAROVUN ADINDAN SAXTAKARLIQ EDİBLƏR
Azərbaycanlı müğənni Emin Ağalarov da sosial şəbəkələrin fəal istifadəçilərindəndir. O da bir çox tanınmışlar kimi saxta səhifə açanların əlindən təngə gəlib. İnstagram sosial şəbəkəsində E.Ağalarovun adından açılan saxta səhifədə müğənni haqda yalan məlumatlar yayılmaqdadır. Bunun qarşısını almaqla məşğul olan Ağalarov öz oxucularına müraciət etməkdən belə çəkinməyib:

“Xahiş edirəm, diqqətli olasınız: “eminagalarov “ adlı səhifə mənə məxsus deyil. Hansı ki, yalan xəbər yayıb ki, guya mən bu cür gözəl, amma dəhşətli dərəcədə pis rəngli avtomobil almışam. Bu, doğru deyil”.

Geri qayıt