Əsas Səhifə > Dünya > ABDULLAH GÜLDƏN QARDAŞ JESTİ

ABDULLAH GÜLDƏN QARDAŞ JESTİ


25-09-2013, 09:41
ABDULLAH GÜLDƏN QARDAŞ JESTİ
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyada çıxış edən Türkiyə Prezidenti Abdulla Gül dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, dondurulmuş ixtilafların regional əməkdaşlığa mane olduğunu vurğulayan A.Gül deyib: “Qafqazda ərazi bütövlüyü təməlində əhatəli və davamlı sülhün bərqərar olunması səylərinə Türkiyənin dəstəyi davam edir. İşğal altındakı torpaqların mərhəlili azad edilməsi ilə başlayacaq regional iqtisadi əməkdaşlıq və inkişaf yönümlü geniş strategiya tövsiyə etdik. Bunun regional sülh üçün güclü zəmin yaradacağına inanırıq."

Geri qayıt