Əsas Səhifə > Cəmiyyət > MTN İRAN HAKERLƏRİ İLƏ BAĞLI SUSUR

MTN İRAN HAKERLƏRİ İLƏ BAĞLI SUSUR


17-01-2012, 15:48
MTN İRAN HAKERLƏRİ İLƏ BAĞLI SUSUR

HAKERLƏRİN İRANA BAĞLILIĞI SÜBUTA YETİRİLİB

Azərbaycanın dövlət qurumları dünən mühüm dövlət orqanlarının İnternet resursları da daxil olmaqla, ölkənin bir sıra saytlarına haker hücumu ilə bağlı hələ də susur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Turan-a bildirilib ki, araşdırmalar davam etdirilir.

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələrlə Mərkəzindən isə məlumat almaq mümkün olmayıb. Digər qurumlar da susur.

Qeyd edək ki, haker hücumu ilə bağlı məsuliyyəti özünü “veb-mühəndislər-islamçılar” kimi təqdim edən Azerian Cyber Army qrupu üzərinə götürüb. Onlar öz hərəkətlərini onunla əsaslandırıblar ki, Azərbaycanın dövlət və bəzi saytları ABŞ, Qərb və İsrail kəşfiyyatı ilə əlbirdir.

Sındırılmış saytlarda “yəhudilərin nökərləri”, “islamın düşmənləri” və s. yazılar olan foto və kollajlar yerləşdirilib. Bəzi məlumatlara görə, hücum İran ərazisində İP ünvanından törədilib.

Maraqlıdır ki, Nazirlər Kabinetinin dünənki iclasında prezident İlham Əliyev İnternetin uğurlu inkişafından danışıb.

Bəlkə də dövlət başçısının xəbəri olmayıb ki, elə həmin vaxt bir çox dövlət orqanının, o cümlədən onun təhlükəsizliyini təmin edən Xüsusi Dövlət Mühafizə Xidmətinin saytı haker hücumuna məruz qalıb.


Geri qayıt