Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏTİN KADR İSLAHATI İLƏ BAĞLI ŞOK İDDİA
HAKİMİYYƏTİN KADR İSLAHATI İLƏ BAĞLI ŞOK İDDİA24-09-2013, 15:41 |
DEPUTATLARDAN BİRİ NAZİR OLACAĞINI DEYİB DİA.AZ: - Redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bilgili qaynaqların DİA.AZ-a ötürdüyü informasiyalardan belə aydın olur ki, bu günlərdə gənclər və idman naziri postuna göz dikən deputatlardan biri yaxınları ilə söhbətində prezident seçkilərindən sonra nazir təyin ediləcəyi ilə bağlı müjdəsini çatdırıb. Mənbə iddia edir ki, həmin deputat yaxınlarına bildirib ki, seçkilərdən sonra indiki nazir Azad Rəhimov baş nazir postuna gətirilir: «Deputat bildirib ki, onun yerinə isə deputatın özünü təyin edəcəklər». Bildirək ki, deputatın kimliyi barədə redaksiyamıza dolğun informasiyalar verilib. Sadəcə olaraq bu barədə müəyyən dəqiqləşdirmələr aparırıq. Həmçinin redaksiyamıza həmin deputatın danışdıqlarının səs yazısının da təqdim olunacağı haqda vəd verildiyindən bu barədə əsas informasiyaları yaxın vaxtlarda diqqətinizə çatdıracağımıza söz veririk. Bizi izləyin… Geri qayıt |