Əsas Səhifə > Güney Press, Araşdırma > OLİQARX MƏMURLARIN YENİ QAYĞISI

OLİQARX MƏMURLARIN YENİ QAYĞISI


24-09-2013, 15:27
OLİQARX MƏMURLARIN YENİ QAYĞISI
Bəzi məmurlar payızda keçiriləcək prezident seçkilərindən sonra ilə bağlı bir yox, iki hədəf müəyyənləşdiriblər. Bu hədəflərdən biri onların öz postlarını qoruyub-saxlamaları və ya mümkün olarsa daha yüksək vəzifəyə təyinat almalarını reallaşdırmaqdırsa, ikinci hədəf də övladlarının karyera yüksəlişinə nail olmalarıdır.

Bu barədə "Unikal"a danışan bir mənbənin fikrincə, bəzi iri məmurlar övladlarının digər oliqarxlarla müqayisədə karyera və ictimai nüfuz baxımından kölgədə qalmalarından məmnun deyillər. Odur ki, onlarla bağlı da müxtəlif səylər göstərməyə, övladlarının karyera pillələrində sürətlə addımlamalarını təmin etməyə çalışacaqlar.Məsələn, baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu hazırda kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir. Amma onun diplomatik xidmətdə daha da ön plana çıxması niyə qeyri-real görünməlidir?Yaxud səhiyyə naziri Oqtay Şirəliyevin övladlarından biri - qızı Rusiya telekanallarının birində jurnalist kimi fəaliyyət göstərsə, bir oğlu Tibb Universitetində tələbə olsa da, onun böyük oğlu Murad Şirəliyev bank sektorunda çalışır. Əlbəttə, səhiyyə nazirinin oğlunun çalışdığı sahədə daha üstün pillələrə çıxmasını istəməsi çox təbiidir.Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sədri Əli Həsənovun oğlu Emin Həsənov polis sistemində çalışır, zabit kimi məsul vəzifə tutur. Yaxud Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici Işlər Nazirliyində çalışır.Müdafiə naziri Səfər Əbiyevin 2 övladı var. Onlardan biri Roman Əbiyev Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsində çalışır. Bundan əvvəl isə Roman Əbiyev Xəzər rayon Prokurorluğunda müfəttiş kimi çalışıb.Və ya Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun zəngin adamlar sırasına daxil edilən oğlunu hələ xeyli müddətdir yüksək posta gətirmək istədiyinə dair bilgilər var. Xatırladaq ki, İlqar Bəşirov atası kimi gəmiçilik sahəsində çaılışır. I.Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir.Bununla belə, son vaxtlar "gəmiçilik şefi"nin oğlunun adının KİV-də neqativ planda hallanması, barəsində xeyli narazılıq və ittiham dolu yazıların çapı onun vəzifə baxımından irəli çəkilməsinə mane olub..Ümumiyyətlə, mənbəmiz hesab edir ki, son aylarda müxtəlif iri məmur övladlarının dəbdəbəli həyat, maddi zənginlikləri barədə tənqidi materialların artması təsadüfi deyil. Bunun məhz həmin məmur övladlarının ataları sayəsində karyera yüksəlişinə nail olmalarını önləmək məqsədi ilə edildiyinə dair iddialar isə kifayət qədərdir.Düzdür, bəzən müəyyən məmur övladları barədə mətbuata sızan, ictimailəşən, geniş rezonans doğuran xəbər və hadisələrin əsasları, haqlı səbəbləri də olur. Amma bəzən belə tənqid və ittihamlar bilavasitə yuxarıda qeyd etdiyimiz məqamdan qaynaqlanır. Yəni bəzi iri məmurlar arasında mübarizə yalnız onların öz aralarında getməklə kifayətlənmir, belə məmurlar həm də bir-birlərinin biznesini zəiflətmək, kapitalını azaltmaqla bərabər, yaxınlarının yüksək postlara təyinatını, siyasi və ictimai nüfuz qazanmalarını əngəlləməklə də məşğul olurlar.Beləliklə, biz seçkidən sonrakı aylar ərzində bəzi iri məmurların övladlarınn karyera yüksəlişinin önünü açmaq istiqamətində cəhdləri də müşahidə edə bilərik, onların iqtidariçi rəqiblərinin belə cəhdləri puça çıxarmaq üçün əks-həmlələrini də. Odur ki, gəlin hər şeyi zamanın ixtiyarına buraxaq.

Geri qayıt