Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİ «OBŞIY KATYOL»DAN PUL GİZLƏDİB

ARDNŞ ŞEFİ «OBŞIY KATYOL»DAN PUL GİZLƏDİB


24-09-2013, 13:35
ARDNŞ ŞEFİ «OBŞIY KATYOL»DAN PUL GİZLƏDİB
RÖVNƏQ ABDULLAYEVİN ADINDAN 1 MİLYON MANATLIQ MAXİNASİYA ÜZƏ ÇIXIB

DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin başı yenidən problemlərə qarışıb. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbələrdən informasiya daxil olub.

Bilgili qaynaq iddia edir ki, ARDNŞ şefi bir neçə ay əvvəl neft şirkətinə aid strukturlardan birinin hesabından külli miqdarda, təxminən 1,2 milyon manata yaxın vəsaiti neftli torpaqların yararlı hala gətirilməsi məqsədilə ARDNŞ-in balansındakı ərazilərlə bağlı sərf edilməsi üçün çıxarılması üçün göstəriş verib.

Bildirilir ki, ARDNŞ rəhbəri tərəfindən hesabdan çıxarılan bu vəsaitin hamısına guya ki, yaşıllıqların salınması üçün tinglərin alındığı iddia olunub: «Yəni vəsaitin xərclənməsi bu şəkildə rəsmiləşdirilib. Lakin faktiki olaraqi qeyd olunan məbləğdə pula ting alınmayıb».

Mənbə bildirir ki, bu faktın araşdırılması zamanı vəsaitin böyük hissəsinin - təxminən 1 milyon manata yaxın hissəsinin mənimsənildiyi üzə çıxıb: «Artıq bu məsələ ilə bağlı maliyyə nazirliyinin mütəxəssisləri müvafiq araşdırmanı aparırlar. Hər halda, belə bir faktın «yuxarıların» nəzərindən yayındırılması Rövnəq Abdullayevə qarşı olan etimad yükünə olduqca ciddi zərbə əhəmiyyətindədir».



Geri qayıt