Əsas Səhifə > Siyasət, Manşet > DƏCƏL SEPARATÇININ SƏSİ ƏRBİLDƏN GƏLİR

DƏCƏL SEPARATÇININ SƏSİ ƏRBİLDƏN GƏLİR


24-09-2013, 12:48
DƏCƏL SEPARATÇININ SƏSİ ƏRBİLDƏN GƏLİR
«DİPLOMAT» QƏZETİNİN QARŞISINDA DÖVLƏTİMİZ BU QƏDƏRMİ ACİZDİR?

DİA.AZ: - Azərbaycanda etnik separatizm hər zaman kənardan, süni yolla qızışdırılıb. Və indinin özündə də bu belədir. Kənar güclər hər dəfəsində ölkəmizin zəif düşürülməsi üçün əslində mahiyyət baxımından problem hesab olunmayan məsələləri süni şəkildə şişirdərək, ən azından könülləri bulandırmağa çalışıblar.

Qarşıdan prezident seçkiləri gəlir və bütün seçki ərəfələrində siyasi qüvvələrlə yanaşı, həm də təxribatçılar da fəallaşırlar. Necə ki indi fəallaşıblar. Artıq Əlikram Hümbətovun Ermənistana səfəri barədə məlumatlar yayılıb. Hər halda, burada təsadüfi nəsə yoxdur. Seçki ərəfəsində olan Azərbaycanı qarışdırmaq üçün düşmən Ermənistanın kəşfiyyatı əlindən gələni etməkdədir. Əlikram Hümbətovun kimliyinə gəlincə isə İran və Rusiya xəfiyyələrinin ştatlı işverəni olan bu sima hər zaman özünü istifadəyə rahatlıqla təqdim edib.

Onu da bildirək ki, illərdir Azərbaycanda «Diplomat» adlı bir qəzet də nəşr olunur. Doğrudur, nədənsə bəzi dövlət qurumlarımız bu qəzeti Azərbaycan dövlətinə, dövlətçiliyinə təhlükə hesab etmirlər. Halbuki bu qəzetdə həm də Azərbaycan türklərinin tarixi, tarixi şəxsiyyətləri aşağılanır, ümumilikdə olaraq isə Türkiyə dövlətinə qarşı hədyan fikirlər səslənir… Amma yenə də dövlətin müvafiq qurumları «Diplomat»la bağlı hər hansı tədbiri görməkdən çəkinirlər.

Bunun başqa bir adı yoxdur. Əgər belə olmasaydı, bu qəzetin arın-arxayın baş redaktoru barəsində hətta Milli Məclisdə belə məsələ qaldırılmasına rəğmən, rahat-rahat nəinki Azərbaycanda dolaşmazdı, hətta təbliğatını belə durdurardı. Amma bu gün «Diplomat»ın baş redaktoru Tahir Süleyman beynəlxalq miqyasda PKK - kürd terrorçularının təbliğatı ilə məşğuldur. Və bunu da Azərbaycan vətəndaşı olaraq həyata keçirir.

Bunlar bir yana, hətta bu gün Şimali İraqda sionistlər tərəfindən kürdlərə qurulmuş dövlətciyə səfər də edir.

DİA.AZ bildirir ki, Tahir Süleyman yenə də Ərbildədir və özünün «Facebook» səhifəsində Ərbildən davamlı olaraq müxtəlif şəkillər də paylaşır. Deyəcəksiniz ki, burada nə var ki? Məsələ ondadır ki, bu adam Azərbaycan vətəndaşı olaraq qardaş Türkiyənin əleyhinə «KürdüstanTV» adlı qondarma kanala müsahibələr də verir. Hələ «Diplomat» qəzetində yazdıqları bir yana…

Hər halda, bu faktı dövlətimizin müvafiq qurumları ciddiyə almalıdır. Çünki həssas bir məsələdir.

Onu da bildirək ki, Tahir Süleymanın hakimiyyətin çox nüfuzlu simalarından biri tərəfindən himayə olunduğu da iddia edilir. İddialara görə, dəfələrlə ayrı-ayrı yerlərdə Tahir Süleyman prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubov tərəfindən maliyyələşdiyini də elan edib, onun adından istifadə də edib.

Ola bilsin ki, həmin səbəbdən dövlətimiz bu dəcəl separatçının əlində aciz qalıb…

DƏCƏL SEPARATÇININ SƏSİ ƏRBİLDƏN GƏLİR
Geri qayıt