Əsas Səhifə > Dünya > TÜRKİYƏ MEYDANDA TƏK QALIB?

TÜRKİYƏ MEYDANDA TƏK QALIB?


24-09-2013, 09:47
TÜRKİYƏ MEYDANDA TƏK QALIB?
Türkiyənin beynəlxalq arenada yalnızlaşdığı fikri doğru deyil.

SalamNews- un “Cihan”a isitnadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

O deyib ki, bu, əfsanədir. Daxildə və xaricdə belə bir əfsanə yaratmağa cəhd edirlər: "Bir çox xarici işlər naziri BMT iclasları çərçivəsində mənimlə görüşmək üçün demək olar, növbəyə yazılırdı. Bu necə, yalnızlaşmaqdır?! Bu əfsanəni söyləyənlər əslində son dövrdə Türkiyənin xarici siyasətdə əldə etdiyi nüfuzu zədələməyə çalışırlar. Bəziləri Türkiyəni müəyyən proseslərdən tutmaq istəyə bilər. Böyük ölkəyə çevrildiyinizdə yalnız tərif gözləməyin."

Geri qayıt