Əsas Səhifə > Gündəm, Manşet > GÖZƏL PAYTAXTIMIZ HEÇ PAYIZA DA HAZIR DEYİLMİŞ

GÖZƏL PAYTAXTIMIZ HEÇ PAYIZA DA HAZIR DEYİLMİŞ

24-09-2013, 09:08
GÖZƏL PAYTAXTIMIZ HEÇ PAYIZA DA HAZIR DEYİLMİŞ
HACIBALA ABUTALIBOVUN SƏRİŞTƏSİZLİYİNİ YENƏ DƏ TƏBİƏT İFŞA ETDİ

DİA.AZ: - Bu gecə Bakı və Abşeron yarımadasında güclü yağış yağıb. Hər halda, bu yağan yağış yenə də ölkə paytaxtının nəinki qışa, heç payıza belə hazır olmadığını tam çılpaqlığı ilə ortaya qoydu. Faktdır ki, bu gün Azərbaycanda yol çəkilməsinə milyonlar sərf olunur. Və bu gün dünyanın ən bahalı yolları Azərbaycandadır. Yəni başa gəlməsi baxımından…

Amma maləsəf ki, bizlər bu bahalı yolları bir neçə saatlıq yağışda sel sularına asanlıqla təslim edirik. Və nəticədə milyonlar bir anın içində yağış tərəfindən göyə sovrulur.

DİA.AZ əməkdaşları bu səhər çağı Bakının ayrı-ayrı yerlərində, xüsusən mərkəzi hissələrində fotolar çəkiblər. Həmin fotofakt Hacıbala Abutalıbovun hansı dərəcədə tədarüklü olmasını ortaya çıxarır.

Qeyd edək ki, şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış bir müddət davam edib. Güclü yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr meydana gəlib.

Bəzi ərazilərə isə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü yağışın hansı fəsadlara səbəb olduğu hələlik dəqiq məlum deyil.

Geri qayıt