Əsas Səhifə > Dünya > GÜL VƏ ƏRDOĞAN ŞİMALİ KİPRƏ GEDİBLƏR

GÜL VƏ ƏRDOĞAN ŞİMALİ KİPRƏ GEDİBLƏR


17-01-2012, 13:48
GÜL VƏ ƏRDOĞAN ŞİMALİ KİPRƏ GEDİBLƏR

RAUF DENKTAŞ SON MƏNZİLƏ YOLA SALINIR

Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) qurucusu və ilk dövlət başçısı Rauf Denktaş son mənzilə yola salınır.

Modern.az CNNTürk-ə istinadən bildirir ki, Lefkoşadakı Prezident sarayında təşkil edilən mərasimdə Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla yanaşı, bir sıra nazirlər və yüzlərlə səlahiyyətli şəxs də, o cümlədən CHP sədri Kamal Kılıçdaroğlu, keçmiş partiya sədrləri Dəniz Baykal və Altan Öymən də iştirak edirlər.

Denktaşın nəşi top maşınına qoyularaq buradan Səlimiyyə Məscidinə aparılacaq. Burada günorta namazından sonra cənazə namazı qılancaq və daha sonra mərhum dəfn ediləcək.


Geri qayıt