Əsas Səhifə > Ölkə, Manşet > MƏHƏRRƏM ƏLİYEVƏ YENİ VƏZİFƏ VƏDİ VERİLİB

MƏHƏRRƏM ƏLİYEVƏ YENİ VƏZİFƏ VƏDİ VERİLİB


23-09-2013, 12:47
MƏHƏRRƏM ƏLİYEVƏ YENİ VƏZİFƏ VƏDİ VERİLİB
KEÇMİŞ «QOROTDEL» ŞEFİ TƏQAÜDƏ HAZIRLAŞIR

DİA.AZ: - Məhz səlahiyyətlərinin qeyri-müəyyən olması və həmçinin Prezident Administrasiyası rəhbərliyi ilə münasibətlərinin gərgin olması səbəbindən bir neçə dəfə istefa verdiyi söylənilən sabiq «qorotdel» şefi Məhərrəm Əliyevlə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub.

Hökumət içindəki mənbələrdən sızan informasiyada deyilir ki, Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsini tutan general-leytenant Məhərrəm Əliyev prezident seçkilərindən sonra başqa bir işə təyinat ala bilər.

Bu barədə DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, Məhərrəm Əliyev məhz yeni iş yerindəki münasibətdən dolayı dəfələrlə «yuxarılara» müraciətlər edib: «Və nəhayətdə ona iş yerinin dəyişdiriləcəyi ilə bağlı xəbər göndərilib. Seçkidən sonra Məhərrəm Əliyev başqa vəzifəyə təyin olunacaq».

Amma maraqlı orasıdır ki, yeni vəzifəsinin Məhərrəm Əliyev üçün daha çox təskinlik xarakteri daşıyan görəv olacağı da qeyd olunur: «Təbii ki, bu yeni vəzifə indikindən də aşağı olacaq. Bir növ Məhərrəm Əliyevin könlü alınacaq ki, təqaüdə də oradan göndərilsin».

Geri qayıt