Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: DEPUTAT ƏFVƏ DÜŞƏN MƏHBUSDAN PUL ALIB
ŞOK: DEPUTAT ƏFVƏ DÜŞƏN MƏHBUSDAN PUL ALIB23-09-2013, 12:27 |
GÖZLƏNİLƏN ƏFV FƏRMANI İLƏ BAĞLI MÜƏMMALI MƏLUMATLAR YAYILIR DİA.AZ: - Məlum olduğu kimi, artıq bir neçə dəfə toplantısını keçirən prezident yanında əfv komissiyasının bu tədarükləri cəmiyyət tərəfindən haqlı olaraq növbəti əfv qərarının anonsu kimi qəbul edilib. Elə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, bu yöndəki ictimai gözləntilər yetərincə haqlıdır. Məlumatlı mənbə iddia edir ki, yaxın günlərdə əfv fərmanı veriləcək və bu fərmanla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, həmçinin onun qardaşı, «Azpetrol» Neft şirkətinin sabiq prezidenti Rafiq Əliyevin azadlığa buraxılma ehtimalları olduqca yüksəkdir. Məlumatlı mənbə iddia edir ki, bu əfv fərmanı ilə keçən ilin mart ayında Qubada üsyan qaldırmış və hazırda həmin ittihamla həbsdə saxlanılan şəxslərin də azadlığa buraxılması gözləniləndir. Hətta DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Quba məhbuslarının azadlığa buraxılmasını «biznesə» çevirənlər də tapılıb. İddialara görə, qubalı, yəhudi əsilli deputat Yevda Abramov məhbus yaxınlarının birindən 100 min manat rüşvət də alıb. Hər halda, bütün bunlar yalnız iddiadır. Redaksiyamıza daxil olan bir başqa məlumatda isə qeyd olunur ki, gözlənilən əfv fərmanı ilə tanınmış simaların xeylisinin azadlığa çıxması gözlənilir: «Bu əfv fərmanının ideyası birbaşa olaraq prezidentdən gəldiyindən, fərmanın cəmiyyətə həm də bir ismarıc olacağı şübhəsizdir». Geri qayıt |