Əsas Səhifə > Sosial, Manşet > İRANDAN YENİ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI

İRANDAN YENİ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI


23-09-2013, 12:25
İRANDAN YENİ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI
RUSİYANIN AĞZINA BAXAN FARS-MOLLA REJİMİNİN ÖZ İSTƏKLƏRİ VAR İMİŞ

DİA.AZ: - Bir ara Azərbaycana və Azərbaycan dövlətinə qarşı mətbu kampaniyasını dayandıran fars-molla rejimi yenidən bizi hədəfə almağa başlayıb. DİA.AZ bildirir ki, Azərbaycanla bağlı siyasətində daha çox gözləri Kremldə olan və Cənubi Qafqazda müstəqil siyasəti olmayan, Rusiya ilə «paslaşma» taktikası yürüdən rəsmi Tehran Azərbaycan iqtidarı ilə Putin administrasiyası arasındakı soyuq münasibətlərin hökm sürdüyü dönəmdə ölkəmizə qarşı müxtəlif hədyanların yer aldığı bir kampaniyanı sürdürsə də, sonradan, yəni Putinin Bakı səfərinin ardından rus ajanları ilə yanaşı, fars-molla rejiminin nökərləri də qələmlərini yerə qoymuş oldular.

Amma buna rəğmən son bir neçə gündə İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan portallar yenə də Azərbaycanı hədəfləyiblər. Konkret olaraq «arannyus» və «abna.ir» kimi portallar yenə də ənənəvi üsulları ilə antiAzərbaycan təbliğatlarını davam etdirirlər.

Bununla bağlı DİA.AZ-a diplomatik mənbələrdən daxil olan informasiyada qeyd olunur ki, İran tərəfi rəsmi Bakı ilə tam olaraq anlaşmadığından, yalnız Rusiya-Azərbaycan münasibətləri fonundakı istiliyə rəğmən aradakı buzu əritməyə çalışdığından Tehranın antiAzərbaycan təbliğatının davamlı olacağı gözlənilən deyildi:

«Onların da öz istədikləri var və prezident seçkiləri ərəfəsində bu istəklərini həyata keçirə bilmələri üçün hətta təzyiqlərini daha da gücləndirəcəklər».

Geri qayıt